Markovdan YENİ XƏBƏR:ümid edir ki, ...

Rusiyada xarici agent elan edilən politoloq Sergey Markov ölkəsini tərk etmək niyyətində deyil.
Yenixeber.org: O, bu barədə teleqram kanalında bildirib.
Politoloq qeyd edib ki, Rusiya hökumətinin bütün hərəkətlərini legitim hesab edir və Vladimir Putinin siyasətini dəstəkləyir.
O əlavə edib ki, dövləti məhkəməyə vermək niyyətində deyil və ümid edir ki, üzərindən xarici agent statusu götürüləcək.
Xatırladaq ki, avqustun 22-də Rusiya Ədliyyə Nazirliyi Markovu xarici agentlər siyahısına daxil edib. O, Rusiya hakimiyyəti haqqında feyk məlumatlar yaymaqda və xarici agentlərin kontentinin yaradılmasında və ya yayılmasında iştirak etməkdə ittiham olunur