Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək –Kilisdə rəsmi mərasim keçiriləcək

Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək – Kilisdə rəsmi mərasim keçiriləcək
Avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərək Suriyaya ixracına başlanılacaq.

Yenixeber.org: Bu münasibətlə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçiriləcək.

Azərbaycan ilə Suriya arasında enerji əməkdaşlığı

Yeni ixrac marşrutu Azərbaycan ilə Suriya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Yaxın Şərq regionundakı fəaliyyətinin intensivləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə həmçinin Azərbaycanın enerji ixracı üzrə coğrafi şaxələndirmə siyasətinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.

Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək

Xatırladaq ki, bu ilin iyul ayında Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib. Bundan əvvəl isə Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirilib. Görüşlər zamanı Azərbaycan tərəfi Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına və bərpa-quruculuq proseslərinə töhfə verməyə hazır olduğunu bəyan edib.

Azərbaycanın enerji ixracı coğrafi baxımdan genişlənir

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələri Suriyada səfərdə olub, ölkənin iqtisadi dirçəlişinə Azərbaycanın göstərə biləcəyi dəstək imkanları müzakirə edilib.

Azərbaycan qazının Suriya bazarına çıxarılması yeni əməkdaşlıq istiqaməti kimi qiymətləndirilir. Hazırda Azərbaycan 12 ölkəyə, əsasən də Avropa dövlətlərinə qaz ixrac edir. Yaxın Şərqə yönəlmiş ixrac xətti isə ölkənin enerji strategiyasında yeni bir mərhələdir. Eyni zamanda, Suriya gələcəkdə yalnız idxalçı deyil, həm də tranzit ölkə qismində çıxış edə bilər.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam