Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

SOCAR-da tibbi müayinə belə olur...:"Buyursunlar, bu məsələ ilə əlaqədar da açıqlama versinlər"

Əgər həqiqətən SOCAR-da şəffaflığa üstünlük verilirsə, buyursunlar bu məsələ ilə əlaqədar açıqlama versinlər, neftçilərə verilən əziyyətin səbəbini açıqlasınlar.

Yenixeber.org: Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı yazıb. Hüquq müdafiəçisinin sözlərinə görə, tibbi arayış üçün neftçilər incidilir:

İşçilər hər il Bakı şəhəri, 8 Noyabr prospektində yerləşən və “Neft-Yağ” kimi tanınan çox şəraitsiz bir ərazidə tibbi müayinədən keçirlər. Əgər Azərbaycan Respublikası üzrə bütün tibb müəssisələrinə Səhiyyə Nazirliyi nəzarət edirsə, nəyə görə işçilərin rahatlığını təmin etmək məqsədilə hər kəs öz yaşadığı ərazi üzrə həkim müayinəsindan keçib arayışı onlayn formada SİMA tədbiqi vasitəsilə təqdim edə bilmir? Əgər həqiqətən SOCAR-da şəffaflığa üstünlük verilirsə, buyursunlar bu məsələ ilə əlaqədar açıqlama versinlər, neftçilərə verilən əziyyətin səbəbini açıqlasınlar.

“Ümumiyyətlə, işçiləri SİMA proqramından qeydiyyatdan keçirməkdə məqsəd nə idi? Ancaq kredit götürmək, yoxsa bu kimi prosedurları innovativ olaraq asanlaşdırmaq?
Hazırda məsələn, sürücülük vəsiqəsi və ya tələbə qəbulu komissiyasına sağlamlıq haqqında arayış təqdim etmək üçün prosedurun qiyməti 40 manatdır. Maraqlıdır, görəsən neftçilərin illik həkim komissiyasından keçmələrinə görə SOCAR hər bir işçi üçün həmin tibb müəssisəsinə nə qədər pul ayırır? Əgər həmin 40 manat qədərindədirsə onda işçiləri ölkə üzrə yalnız bir məntəqədən tibbi müayinədən keçmələrinə məcburiyyətin səbəbi nədir? Nəzərə alin ki, işçi rayondan gəlib həmin məntəqədə tibbi komissiyadan keçmək üçün 1 istirahət gününü itirir, eyni zamanda maddi xərclərlə üzləşir. Xaricdə təhsil haqqında diplom olsaydı hardasa başa düşərdik ki, diplomun həqiqi olub-olmaması yoxlanılıb təsdiq olunmalıdır. Bəs bu ölkənin səhiyyə sistemi özü özünə inanmır, yoxsa nədir səbəb?”.

M.Qəhrəmanlı bildirib ki, əgər həqiqətən də SOCAR-da şəffafvlığa üstünlük verilirsə, buyursunlar, bu məsələ ilə əlaqədar da açıqlama versinlər:

“Neftçilər də onlara verilən bu əziyyətin səbəbini anlasın”.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam