Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Emin Əmrullayev kadrları belə seçir:"Azərşəkər", "Ticarət limanı", "Azgranata", "Astaraçay"...

Təyinat məsələlərində şəkər varsa, onda araq və çay niyə olmasın? Emin Əmrullayev Elm və təhsil nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda "Azgranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib.
Yenixeber.org: Bu haqda sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev ğzünün FB səhifəsində yazıb: 
Elm və təhsil naziri Emin Əmrullayevin təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr paylaması barədə yazım geniş rezonansa səbəb oldu. İki faktı yazmışdım: E. Əmrullayev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini oldu) "Azərşəkər" MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib.
              Bu harasıdır…
Təyinat məsələlərində şəkər varsa, onda araq və çay niyə olmasın? Emin Əmrullayev Elm və təhsil nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda "Azgranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. Bəs bunlar ağzıdolusu təhsilin iqtisadiyyatından danışanda inanmırdınız ki, "Azgranata” nəzərdə tutulur?
Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli "Astaraçay" MMC-də şöbə müdiri vəzifəsində işləyib.
Təhsil İnstitunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə dirktor təyin olunan İbrahim Baxışlı "Azgranata" MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb.
Riyaziyyatçı - alim, əsl təhsil bilicisi mərhum Bayram Heydərov min bir əziyyətlə, sağlamlığını qurban verərək mükəmməl təhsil müəssisəsi olan “Zəngi” liseyini yaratmışdı. Bayram Heydərov vəfat etdikdən sonra Əmrullayev bilərəkdən həmin liseydə təhsil mühitini dağıtmaq, oranı bazara çevirmək məqsədilə qrant layihələrində ortağı olan Almaz Əsgərova adlı bir qadının direktor təyin edilməsinə nail oldu, onu xüsusi olaraq himayə etdi və məqsədlərinə çatdılar. İndi həmin liseyin adı heç yerdə çəkilmir…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam