Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Tramp Maska vəzifə verdi -FOTOLAR

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp milyarder İlon Maskı və sahibkar Vivek Ramasvamini "Dövlət İdarəçiliyinin Effektivliyi Departamenti"nin rəhbərləri təyin edib.

Yenixeber.org: “Bu iki görkəmli amerikalı birlikdə Administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentliklərin yenidən qurulması yolunda önəmli addımlar atacaq”, - Tamp deyib.

Hələlik yeni strukturun hansı formada fəaliyyət göstərəcəyi bəlli deyil.

Trampın bəyanatında qeyd olunur ki, bu departament "genişmiqyaslı struktur islahatları aparmaq üçün Ağ Ev və mövcud Büdcə İdarəsi ilə əməkdaşlıq edəcək". O, yeni idarəni atom bombasının yaradıldığı Manhetten layihəsi ilə müqayisə edib.

Bundan əlavə, Mask və Ramasvaminin bu vəzifəni 2026-cı ilin iyul ayına qədər icra edəcəyi məlumdur. Bu müddətdən sonra onların səlahiyyətlərinin bitib-bitməyəcəyi hələ aydın deyil.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam