Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Baş müstəntiq həbs olundu -SƏBƏB

Polis rəisi həbs olundu — işə düzəltmək adı ilə 800 min “atıb”

Nəsimi rayon Polis İdarəsinin baş müstəntiqi İlqar Həşimov dələduzluqda təqsirləndirilərək həbs edilib. Açılan cinayət işində iki nəfər - Emin Bədirxanov və Hafiz Ağamalıyev zərərçəkmiş kimi tanınıb.

Yenixeber.org: İddia olunur ki, həbs edilən müstəntiq birgə biznes adıyla E.Bədirxanovdan bir neçə dəfəyə toplam 279 min manat pul alıb. Ortaq biznesdə məqsəd yeni tikilən binada mənzillərin təmir edilib satılması olub.

Digər zərərçəkən H.Ağamalıyevə gəlincə, müstəntiq İ.Həşimovun istintaqını apardığı cinayət işinə görə ondan 11 min manatdan çox pul aldığı iddia edilir. Zərərçəkən müstəntiqə pulu Nəsimi rayon Polis İdarəsinin binasında verdiyini söyləyib.

İ.Həşimova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham verilib. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub. İ.Həşimov haqqında cinayət işinin materialları araşdırılmaqdan ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Zərərçəkənlər pullarının qaytarılmasını tələb edirlər.

Ali hüquq təhsilini Moskvada almış İ.Həşimov özünü təqsirli bilmir. O, dələduzluq ittihamını qəbul etmədiyini, cinayət işinin materiallarında yazılanlarla razılaşmadığını deyib.

İ.Həşimov haqqında şikayətlərdən sonra o, vəzifəsindən azad edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam