2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 38 153 nəfərə yüksəlib.
Yenixeber.org: Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu dövr ərzində ümumilikdə 87 828 nəfər yaralanıb.
Məlumata görə, son 24 saat ərzində 55 nəfər ölüb, 123 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.