Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Hansı müəllimlər iş yerini dəyişə bilər? -Müsabiqə ŞƏRTLƏRİ

 

Xəbər verildiyi kimi, dövlət təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün müraciətlərin qəbulu başlayıb

Yenixeber.org-un məlumatına görə, qeydiyyat aprelin 8-i saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən, mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilir.

Bu prosesdə orta məktəblərin müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 il çalışan müəllimləri  iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən www.miq.edu.az/yerdeyishme saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

İş yerinin dəyişdirilməsi müsabiqəsində sertifikasiyada, MİQ imtahanlarından və və ya diaqnostik qiymətləndirmədən keçmiş şəxslər iştirak edə bilərlər.

 Müsabiqədə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilib.

Bu müsabiqədə də aşağıda adları qeyd olunan namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanacaq:

- Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;

- İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;

- Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalına vurularaq hesablanır;

- 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.

Əgər müəllim hazırda iki ümumi təhsil müəssisəsində çalışırsa, müsabiqədə yalnız müddətsiz müqavilə əsasında işlədiyi əsas iş yeri üzrə yerdəyişmə etmək hüququna malikdir.

Hazırda analıq məzuniyyətində olan şəxslər müsabiqədə iştirak edə bilməzlər.

Bölgələrdən Bakı, Sumqayıt şəhəri və Abşeron rayonuna yerdəyişmə etmək mümkün deyil.

İş yerini Bakı, Sumqayıt şəhəri və Abşeron rayonuna dəyişmək istəyən müəllimlər MİQ imtahanlarında iştirak edərək yerdəyişmə edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam