Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Paşinyan Ermənistanın silahlanmasından danışdı:"...təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün vacibdir”

Ermənistanın müdafiə qabiliyyətinin inkişafı heç kimi narahat etməməlidir.

Yenixeber.org: Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə keçirdiyi brifinqdə deyib.

O əmin edib ki, Ermənistanın vəzifəsi regionda balans yaratmaqdır.

“Ermənistanın müdafiə qabiliyyətinə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Mahiyyət etibarı ilə yeni olan müdafiə sahəsində əlaqələrimiz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün vacibdir”, - Paşinyan Makrona bildirib.

O qeyd edib ki, bu kontekstdə tənqidlər var, lakin Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır.

Emmanuel Makron da öz növbəsində Fransanın Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcəyini qeyd edib:

“Fransa hərbi müdafiə ləvazimatlarının çatdırılmasına razılıq verib və Fransa hər hansı bir eskalasiya istəməyərək, bu sahədə davam edəcək”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam