Yenixeber.org: Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NBC telekanalında bildirib.
“Biz əlavə zərbələr endirəcəyik və əlavə tədbirlər görəcəyik”, - o, deyib.
Qeyd edək ki, fevralın 3-də gecə saatlarında ABŞ Suriya və İraqa silsilə zərbələr endirib. Bu, İordaniyadakı Amerika bazasına pilotsuz təyyarə hücumuna cavab olub. Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib.
Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.