Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Vaqner"in yeni rəhbərinin kimliyi məlum oldu -FOTO

Yevgeni Priqojinin oğlu “Vaqner”in yeni rəhbəri təyin olundu

Təyyarənin partlaması nəticəsində ölən rusiyalı iş adamı Yevgeni Priqojinin oğlu Pavel Priqojin "Vaqner" özəl hərbi şirkətinin rəhbəri olub.

Yenixeber.org: Bu barədə "Vaqner"in Perm nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin tərkibində olan "Vaqner"ə işə qəbul bərpa olunub: "Yalnız mülki şəxsləri işə götürürük, həbsxanada olanları deyil".

Pavel Priqojinin "Vaqner"ə rəhbər təyin edilməsi və yenidən formalaşdırılmasına dair sənədli sübutların mövcudluğu barədə məlumat verilməyib. Onun muzdlu qrupa hansı statusda rəhbərlik edəcəyi və ona komandir vəzifəsini tutmağa imkan verəcək hərbi rütbənin verilib-verilməməsi hələlik məlum deyil.

Rusiya Qvardiyası məsələ ilə bağlı hələ açıqlama verməyib.

Qeyd edək ki, Pavel Priqojin 18 iyun 1998-ci ildə anadan olub. O, iş adamı ailəsinin ortancıl övladıdır. Yevgeni Priqojinin dediyinə görə, oğlu hərbi xidmətdə olub, sonra isə onun şirkəti ilə müqavilə bağlayıb. Vaqner PMC-nin tərkibində kəşfiyyatçı və pilotsuz təyyarə operatoru kimi xidmət edib, Suriya və Ukraynada hərbi əməliyyatlarda iştirak edib, həmçinin Qara Xaç medalına layiq görülüb.

Daha öncə də Yevgeni Priqojinin oğlunun onun yerinə təyin olunacağı barədə xəbər yayılmışdı.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam