Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukraynaya növbəti və ən böyük PUA hücumu olub

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 54 "Shahed" tipli pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə hücum təşkil etdiyini və bunun bugünə qədərki ən böyük PUA hücumu olduğunu açıqlayıb. 

Yenixeber.org: 52 PUA-nın havada məhv edildiyi bildirilib.

“Mayın 28-in ilk saatlarında düşmən şimaldan Bryansk bölgəsində, cənubdan isə Krasnodar bölgəsində İran istehsalı Shahed-136/131 pilotsuz təyyarələri ilə Ukraynaya hücum edib. Hücumda ümumilikdə 54 PUA-dan istifadə edilib. Hücum xüsusilə Kiyev bölgəsindəki hərbi obyektləri və mülki infrastrukturu hədəf alıb. Uğurlu müdaxilə nəticəsində 52 PUA havada məhv edilib" - Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasında qeyd olunub.

Hərbi Hava Qüvvələri bu hücumun Rusiyanın indiyə qədər həyata keçirdiyi ən böyük PUA hücumu olduğunu vurğulayıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam