Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

NATO ölkələri və tərəfdaşlarının təlimləri başlayıb -AÇIQLAMA

2022/05/nato_-1651550927.jpg

Rumıniyada xüsusi təyinatlı qüvvələrin “Junction Strike 2023” (JUST 23) beynəlxalq təlimləri başlayıb.

Yenixeber.org: Bu barədə Rumıniya Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mayın 18-dək davam edəcək manevrlər Rumıniyanın poliqonlarında və bir neçə yaşayış məntəqəsinin yaxınlığında keçirilir.

Təlimlərdə Rumıniya Silahlı Qüvvələrinin 500-dən çox hərbi qulluqçusu iştirak edir, 100-ə yaxın quru, hava və dəniz döyüş texnikası, Bolqarıstan, İspaniya, Polşa, Portuqaliya və ABŞ-dan 100-ə yaxın hərbi qulluqçu da iştirak edir. Təlimlərə müşahidəçi qismində Gürcüstan, İordaniya və Moldova hərbçiləri də qatılıb.

Rumıniya Müdafiə Nazirliyi bildirib ki, təlimlər taktiki və operativ strukturların “döyüş şəraitinə yaxın, qondarma ssenari əsasında, çoxmillətli və idarələrarası formatda” hazırlığını təmin edəcək.

Nazirlik qeyd edib ki, “JUST 23” təliminin əsas məqsədi NATO-nun üç qüvvəsinin: Xüsusi Əməliyyat Qüvvələrinin Dəniz Qrupunun, Xüsusi Əməliyyat Qüvvələrinin Quru Qrupunun və Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat bölməsinin helikopterlərlə sertifikatlaşdırılması olub.

Manevrlərin məqsədlərindən biri regional təhlükəsizliyi gücləndirmək üçün, xüsusilə Qara dəniz regionunda çoxmillətli mühitdə iş prosedurlarını uyğunlaşdırmaqdır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam