Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

İki tələbəm Azərbaycanda nazir işləyir - Prezidentliyə namizəd

İki tələbəm Azərbaycanda nazir işləyir - Prezidentliyə namizəd

Türkiyə prezidentliyinə namizəd Sinan Oğan iki tələbəsinin Azərbaycanda nazir olduğunu bildirib.

Yenixeber.org: Siyasətçi bu barədə yerli televiziyaya müsahibəsində danışıb.

ATA İttifaqının namizədi qeyd edib ki, Azərbaycanda TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) qurumunun nümayəndəsi və İqtisad Universitetində müəllim işləyib. O, həmçinin bildirib ki, dərs dediyi tələblərdən ikisi hazırda Azərbaycanda nazir vəzifəsində çalışır. Bunlar gənclər və idman naziri Fərid Qayıbov və iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Namizədin sözlərinə görə, o, Bakıda işləyərkən yaxşı maaş alıb və maaşını bir neçə tələbəyə təqaüd kimi verib.

Qeyd edək ki, Sinan Oğan Türkiyə prezidenti olmaq üçün yetərli sayda - 100 min imza toplayan iki namizəddən biridir. Türkiyə parlamentinin keçmiş deputatı Sinan Oğan 1967-ci ildə İğdırda anadan olub. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam