Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

 900-ə yaxın məktəbli zəhərlənib -SƏBƏB BİLİNMİR

İranda 900-ə yaxın məktəbli zəhərlənib

           “İranda 900-ə yaxın məktəbli qız zəhərlənib”.

Yenixeber.org: Bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhriyar Heydəri ölkədə son günlər məktəbli qızların zəhərlənməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər ölkənin müxtəlif əyalətlərində 900-ə yaxın şagird zəhərlənib: “Hesab edirəm ki, İslam Şurası Məclisinin sədri Milli təhlükəsizlik və xarici siyasət komissiyasına bu məsələnin kəşfiyyat orqanları, habelə Səhiyyə və Təhsil nazirliklərinin məsul şəxsləri ilə birlikdə araşdırılması ilə bağlı tapşırıq verilməlidir. Bu problemin mənbəyi qısa vaxtda müəyyən edilməlidir ki, insanların narahatlığına son qoyulsun”.

Xatırladaq ki, daha əvvəl İranın Ərdəbil vilayətində 7 məktəbin şagirdləri arasında zəhərlənmə qeydə alındığı barədə məlumat yayılmışdı. Məktəblərdə şagirdlərin qaz və yaxud buna bənzər qoxu hiss etdikləri bildirilir.(“Azad İran”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam