Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“Sumqayıt Tibb Mərkəzi”ndə əməliyyat, ardınca yoxlamalar –Nə baş verir?

Yenixeber.org: “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə ardıcıl yoxlamalar aparılır. Məlumata görə bir müddət əvvəl başlayan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatına Hesablama Palatası da müvafiq yoxlamaları ilə qoşulub. Və hazırda da yoxlamalar davam edir. Korrupsiya əməliyyatının ardınca davam edən büdcə yoxlamaları məsələnin kifayət qədər ciddi olduğunu, böyük məbləğlərin müzakirə mövzusuna çevrildiyi ehtimalını doğurur.

Bu istiqamətdə Yenixeber.org- a ilginc məlumatlar daxil olub... Məlumatlarda dövlət satınalmaları adı ilə büdcə vəsaitinin xərclənməsindəki və səhiyyə ocaqlarında dərman və ləvazimatların təminatında ciddi qüsurlara yol verilməsindən bəhs olunur. (Yeri gəlmişkən “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin müxtəlif tenderləri ilə bağlı dövrü mətbuatda tənqidi ruhlu yazılar dərc olunub.)

Maraqlıdır ki, bu əməliyyat və yoxlamalarla bağlı rəsmi məlumat yayılmır(?) Yalnız dünən “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıxova mövzu ilə mediaya qısa açıqlama verib. Səkinə xanım həm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməlliyat keçirməsini, həm də Hesablama Palatasının yoxlama aparmasını etiraf edib. Lakin korrupsiya əməliyyatının şəxslə bağlı olduğunu və idarəyə aidiyyatı olmadığını da bildirib. (Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/xeberler/146099-korrupsiya-i%CC%87dar%C9%99si-sumqay%C4%B1t-tibb-m%C9%99rk%C9%99zind%C9%99-%C9%99m%C9%99liyyat-ke%C3%A7irib.html)

Biz mövzu ilə bağlı “Sumqayıt Tibb Mərkəzi”, eləcə də şəxsən Səkinə xanımla telefon əlaqəsi yaratmağa cəhd etsək də, çabalarımız nəticəsiz oldu. Hesablama Palatasından isə yalnız rəsmi sorğu olarsa, cavab verə biləcəklərini bildirdilər(?)

Mövzunun davamı olacaq.     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam