Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Korrupsiya İdarəsi Sumqayıt Tibb Mərkəzində əməliyyat keçirib? - RƏSMİ AÇIQLAMA

Korrupsiya İdarəsinin Sumqayıt Tibb Mərkəzində keçirdiyi əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 10 günə yaxındır ki, Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxsdə yoxlamalar aparıldığına dair məlumatlar daxil olub. Məlumatlara görə, aparılan yoxlamalar zamanı bir sıra korrupsiya faktları və yeyintilər aşkarlanıb.

Yenixeber.org: Yayılan iddiaların doğru olub-olmadığını öyrənmək üçün Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıxova ilə əlaqə saxladıq. O, rəhbərlik etdiyi qurumda həqiqətən də yoxlamaların aparıldığını təsdiqləyib: “Hesablama palatası planlı şəkildə Respublikanın hər yerinə yoxlamalar aparır. O cümlədən, bizim qurumda da Palata tərəfindən yoxlamalar həyata keçirilib. Yəni sərəncamladır, rəhbərliyə müraciət olunur və daha sonra yoxlama aparılır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar isə şəxsə bağlı məsələdir. Bizim qurumda işləyən fərdi şəxslə bağlı yoxlama həyata keçirilib, amma idarəyə aidiyyatı yoxdur. Artıq məsələ yekunlaşıb, Sumqayıt Tibb Mərkəzi fəaliyyətini əvvəlki qaydada davam etdirir, heç bir problem yoxdur”.

Sumqayıt tibb işçiləri də həmişə olduğu kimi bundan sonra da şəhər əhalisinin sağlamlığında möhkəm duracaq - Səkinə Sadıxova » Sumqayit.TV

Səkinə Sadıxova əlavə edib ki, qurum əməkdaşının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılması faktı yoxdur. Sadəcə sənədləri yoxladılar və məsələ yekunlaşdı.(konkret.az)

Müşviq Tofiqoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam