Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Məktəbli formalarının qiyməti açıqlandı:Harada satılacaq?

 

“Formalar hələlik Bakı Tikiş Evində satılacaq. “Bravo”lara mal verilməyib, ancaq verilməsi nəzərdə tutulur”.

Yenixeber.org: Bunu BTE-nin satış müdiri Etibar Əzimov deyib. O, paltarların iki rəngdə olduğunu bildirib:

“Bu il geyimlər tünd-göy və boz rəngdə olacaq. Ancaq əksəriyyət tünd-göy rəngə üstünlük verir. Ağ köynək və tünd-göy rəngdə ətək və ya şalvar, bir də mavi rəngdə köynək və boz rəngdə ətək və şalvar istehsal emtişik. BTE-nin mərkəzi dükanında və bir neçə gün sonra “Bravo” marketlər şəbəkəsində satışa çıxarılacaq. Bəzi işbazlar tərkibi yun olmayan formaları yenə bazara çıxarmaq istəyirlər, ancaq bizim məhsullar sadəcə bu iki yerdə satılacaq. BTE-nin bütün malları sertifikata malikdir”.

“1-4-cü siniflərdən başqa, digər siniflər üçün forma tikişi nəzərdə tutulmayıb, əvvəlki illərdəki formalarını geyinə bilərlər. Köhnə formaları geyinənlərin məktəbə buraxılmaması kimi bir hal yaşana bilməz", - deyə qurum rəsmisi qeyd edib”.

“Həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manatdan satışa çıxarılacaq”.

Etibar Əzimov alıcıları ayıq-sayıq olmağa səsləyib:

“Bu qiymətlərdən ucuz qiymətə satılanların tərkibi yun və ya pambıq deyil, həmin məhsulların satışı tam qadağandır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam