Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Çernobıl faciəsinin 33 illiyi anıldı -FOTO

 

Bu gün tarixin ən böyük texnogen atom qəzası olan Çernobıl faciəsindən 33 il keçir.

Yenixeber.org:Məlumata görə, Çernobıl Atom Elektrik Stansiyasının ləğvi işlərinə 8 min nəfərə yaxın həmyerlilərimiz cəlb edilib, bütövlükdə qəzanın ləğvi işlərində isə iştirak etmiş şəxslərin sayı 6 yüz min nəfərdən çox olub. Nə qədər acı olsa da həqiqət ondan ibarətdir ki, Azərbaycan çernobılçılarından 3 min nəfər dünyasını dəyişib, digərləri isə müxtəlif xəstəliklərdən əziyyət çəkərək ağrılı-acılı həyatlarını yaşamaqda davam edirlər. 

Çernobıl Faciəsinin 33 illiyi ilə əlaqədar Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” ictimai birliyi tərəfindən respublika tədbiri keçirilib. Tədbirdə 500 nəfər çernobılçı əlil, millət vəkilləri və aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak edib. Azərbaycan “Çernobıl Əlilləri İttifaqı” ictimai birliyinin sədri Mirhəsən Həsənov tədbirdə çıxış edərək son dövrlərdə ölkəmizdə çernobıl qəzasının ləğvi işlərində iştirak edən vətəndaşlara göstərilən qayğı və diqqətdən və eyni zamanda onların digər sosial problemlərindən danışıb. 

O, bildirib ki, son aylarda Azərbaycan Respublikasının Prezidenti müharibə əlillərinə sosial qayğının  artırılması istiqamətində imza etmiş olduğu Fərman və Sərəncamlarda çernobıl əlillərinə də qayğının artırılması öz əksinin tapıb. Bu məqsədlə, cəmiyyətin çoxsaylı üzvləri adından dövlət başçısına müraciət ünvanlanaraq qayğı və diqqətə görə çoxsaylı üzvləri adından dərin minnətdarlıqlarını bildiriblər. Eyni zamanda mənzil növbəsində olan çernobıl əlillərinin mənzillə təmin olunmaları üçün müvafiq işlərin həyata keçirilməsi barədə aidiyyatı nazirlik, icra orqanlarına göstəriş verilməsini Prezident İlham Əliyevdən xahiş ediblər. (Modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam