Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zelenski Rusiyanın hücumuyla bağlı danışdı:"Bizdə müxtəlif informasiyalar var"

Zelenski Rusiyanın hücumuyla bağlı xəbərə münasibət bildirib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın fevralın 16-da bu ölkəyə hücum edəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Yenixeber.org: V. Zelinski bu gün keçirdiyi brifinqdə deyib ki, bu barədə 100 faiz dəqiq məlumatı olan varsa, bu informasiyanı rəsmi Kiyevə təqdim etsin. Ukrayna Prezidenti belə informasiyanın dəqiq və geniş analizinin aparılacağını vurğulayıb: “Bu gün mediada genişmiqyaslı müharibə ilə bağlı həddən çox informasiyalar var. Mən daim kəşfiyyatdan böyük həcmdə məlumat, eyni zamanda ABŞ və müttəfiqlərinin mesajlarını alıram. Mən bizə olan bütün informasiyaları analiz etməliyəm. Bizdə çoxlu informasiya var, çünki bu, bizim sərhədlər, bizim ərazidir. Mən vətəndaşlara Prezident kimi həqiqəti danışmalıyam. Həqiqət isə odur ki, bizdə müxtəlif informasiyalar var. Təlaşa xidmət edən informasiyalar bizə kömək etmir”.
Qeyd edək ki, “Politico” qəzeti öz mənbələrinə istinadən yazıb ki, dünən ABŞ Prezidenti Co Bayden Qərb ölkələrinin liderləri ilə videokonfrans formatında görüşdə Rusiyanın Ukraynaya fevralın 16-da hücum edəcəyini bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam