Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Novruz Məmmədovun dəbdəbəli villasının görüntüləri yayıldı–FOTOLAR

Novruz Məmmədovun dəbdəbəli villasının görüntüləri – FOTOLAR
      Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədovun dəbdəbəli villasının görüntüləri yayılıb.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, villanın ümumi dəyəri milyonlarla manat həcmindədir.
Yerdən 7-8 daş kürsülü olan villa üç mərtəbəli və mansard tiplidir. Xüsusi dizaynla inşa edilən tikilinin fasadı bahalı daş üzlükləri ilə bəzədilib.
Villanın həyətində futbol meydançası, meyvə bağı, hovuz, uşaqlar üçün əyləncə mərkəzi və istirahət üçün zəruri olan digər mərkəzlər mövcuddur.
N.Məmmədovun dəyəri milyonlarla manat məbləğində ölçülən villanı hansı pullarla inşa etdirdiyi isə sirri-müəmma olaraq qalır. Maraqlısı odur ki, keçmiş Baş nazir villanı boş torpaq sahəsində şəxsən özü tikdirib, yəni hazır vəziyyətdə almayıb. Buna görə də tikinti işlərinə əvvəldən axıra qədər şəxsən özü nəzarət edib və tikilinin bütün dizaynı məhz sabiq məmurun iradəsi ilə hazırlanıb.
İddialara görə, villanın inşası üçün dizayner və memarlar, eləcə də lazım olan digər işçi qüvvəsinin hamısı xaricdən gətirilib.
Ölkəmizin ən mühüm postu olan Baş nazir vəzifəsini icra edən N.Məmmədov villasının tikintisində işçi qüvvə kimi hətta azərbaycanlı fəhlələrdən belə istifadə etməyi qadağan edib.
Qeyd edək ki, Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
O, 2018-ci ilin aprelin 21-dən 2019-cu ilin oktyabrın 8-dək Azərbaycanın Baş Naziri olub.(interpress.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam