Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qaçaq bankir özünü Qazaxıstanda müxalifət lideri adlandırdı-""Müvəqqəti hökumətə” rəhbərlik etməyə hazıram"

         Muxtar Ablyazov: "Etirazçılar məndən hər gün necə davam edəcəklərini soruşurlar"

Yenixeber.org: Xaricdə mühacirətdə olan Qazaxıstanın “Bank Turan Alem” (BTA Bank) bankının keçm rəhbəri Muxtar Ablyazov özünü ölkəsindəki müxalifətin və etirazçıların lideri adlandırıb. Bu barədə "Reuters" məlumat yayıb.

Qaçaq qazax bankirin sözlərinə görə, Almatıdakı etirazçılar ondan hər gün necə davam edəcəklərini soruşurlar.

Ablyazov bildirib ki, etirazların dinc davam etdirilməsi üçün Qazaxıstana qayıtmağa və "müvəqqəti hökumətə” rəhbərlik etməyə hazırdır. 

Mühacirətdə olan bankir iğtişaşları alovlandırmaq üçün Qərbdən pul almadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin ilk günündən Qazaxıstanda sıxılmış qazın qiymətinin qalxmasına etiraz olaraq xalq küçələrə axışıb. Güclənən etiraz aksiyaları ölkənin hər tərəfində xaosun yaranması ilə nəticələnib. Qazaxıstan Prezidenti etirazları yatırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) köməyə çağırıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam