Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mətbuat Şurasının sədri -“Media haqqında” qanun layihəsini dəstəkləyib

Mətbuat Şurasının sədri “Media haqqında” qanun layihəsini dəstəkləyib

“Yeni qanun layihəsi özündə yenilikləri ehtiva edir. Cənubi Qafqaz ölkələrinin və bir sıra dövlətlərin qanunvericiliyə bələdəm. İndiki qanun layihəsi onlara bərabər və ən yaxşı qanunvericilik olacaq. Hətta onları da qabaqlayacaq”.

Yenixeber.org: Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Amaşov xatırladıb ki, media barəsində qanunvericiliyin qəbulundan 20 il keçib, müəyyən dəyişikliklər olsa da, bir sıra məqamlar açıq qalıb: “Yeni layihə həmin açıq məqamları nəzərə alıb. Bir sıra hallarda Mətbuat Şurasına müraciət olurdu və müzakirələr zamanı bəzi məqamları hüquqi baxımdan mübahisələndirə bilmirdik. Çünki bir çox saytların nizamnaməsində xəbərlə bağlı müəyyən müddəalar yox idi. Yeni sənəddə onlayn media geniş anlamda media subyeklətlərinə daxil edilib. İndiyədək Mətbuat Şurasına 16 mindən çox şikayət daxil olub. Onların hamısı məhkəməyə ünvanlansaydı, medianın vəziyyəti necə ola bilərdi?!”

O bildirib ki, bəzi şəxslər öz mənafelərinə görə qəzet və ya sayt açırdı və onlara təzyiq göstərmək mümkün deyildi: “Ona görə də çap mediası ilə bağlı qanun layihəsinə əlavə edilən hissə alqışa layiqdir. Hətta ayrı-ayrı dövlət qurumlarının da öz saytları olurdu. Buna görə də öz xəbərlərini hansısa qəzetə reklam qarşılığında vermək istəmirdilər. Özləri qəzet çap etdirib xəbərlərini məhz orada dərc etdirirdilər. Yeni layihədə dövlət qurumlarının özlərinin hər hansısa sayt yarada bilməmələri ilə bağlı müddəa yer alıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam