Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ÜST-dən növbəti XƏBƏRDARLIQ-şpris çatışmazlığı ilə bağlı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ildə peyvənd üçün istifadə edilən bir milyarddan çox xüsusi şprisin çatışmazlığı ilə bağlı xəbərdarlıq edib.

Yenixeber.org: ÜST-ün dərman və tibbi məhsullara çıxış bölməsinin baş məsləhətçisi Lisa Hedmanın Cenevrədə keçirdiyi brifinqdə deyib ki, bu çatışmazlıq dünyada peyvəndləmə prosesinin ləngiməsinə səbəb ola bilər.

"Biz peyvənd üçün real şpris çatışmazlığı ilə üzləşə biləcəyimizdən narahatlığımızı bildiririk. Dünyada sənaye müəssisələri hər il peyvəndlər üçün təxminən 6 milyard şpris istehsal etmək iqtidarında olduğuna görə, bu çatışmazlıq özünü göstərə bilər", - Hedman bildirib.

ÜST rəsmisi xatırladıb ki, 2021-ci ildə COVID-19-a qarşı 6,8 milyarddan çox peyvənd edilib ki, bu da digər xəstəliklər üçün adi peyvəndlərin sayından demək olar ki, iki dəfə çoxdur. Belə ki, koronavirusa qarşı peyvənd üçün istifadə olunan xüsusi şprislər digər xəstəliklərə qarşı peyvəndlə müqayisədə iki dəfə çox lazımdır.

"Çatışmazlıq şprislərin təkrar istifadəsinə gətirib çıxara bilər ki, bu da çox təhlükəli təcrübədir", - baş məsləhətçi əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam