Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Şuşada bayram günü qurbanlar kəsildi-FOTOLAR/VİDEO

Yenixeber.org: Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

 

Bayram tədbirində çıxış edən komandir heyəti hərbi qulluqçulara bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərinin çatdırıb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıblar. Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub. Bayram mərasimi şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə sona çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam