Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

ÜÇ ERMƏNİ ƏSİRİ NİYƏ QAYTARILDI? –“Siyasətdə manevr imkanlarımız olmalıdır...”

Dünən 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra tərksilah edilən erməni hərbçilərdən üç nəfəri azad edilib. Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan reysilə Ermənistana çatdırılacaqlar. 

Yenixeber.org: Xatırladaq ki, bu məsələ Ermənistan tərəfindən əksər beynəlxalq təşkilatlarda qaldırılır. İddia olunur ki, Azərbaycanda 140-dan artıq erməni hərbi əsiri saxlanılır. Aprelin 8-də baş nazir Nikol Paşinyanın Moskvada Rusiya prezidenti V. Putinlə görüşündə də müzakirə edilib. Daha sonra Rusiyanın Baş prokuroru İqor Krasanov əvvəlcə İrəvana, daha sonra Qarabağdakı sülhməramlıların komandanı, general Muradovla birlikdə Bakıya gəlib. Erməni mediası generalın erməni hərbçilərini özü ilə bərabər qaytaracağını yazsa da, bu xəbərlər özünü doğrultmayıb.

Azərbaycan 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq 74 erməni əsrini geri qaytarıb, qarşı tərəf isə 14 nəfəri təhvil verib, habelə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş 7 hərbçinin qalıqlarını qaytarıb. Rəsmi Bakı bəyan edirdi ki, saxlanılan silahlı şəxslər heç bir halda hərbi əsir sayıla bilməz. Çünki onlar müharibə bitdikdən sonra Xocavənddə Azərbaycan Ordusunun mövqelərinə hücum etmiş terrorçu-diversantlardır. Onların bir neçəsi öldürülüb, qalanları isə tərk-silah edilib. Bu zaman ordumuzun bir neçə hərbi qulluqçusu şəhid olub, yaralanıb. Ona görə də terrorçular ölkə qanunvericiliyinə uyğun olaraq cəzalandırılacaqlar.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycanın 3 terrorçunu geri qaytarmağı qərara alması nə ilə bağlı ola bilər? Bu hadisə tendensiyaya çevriləcəkmi? Azərbaycan bütün terrorçuları qaytaracaqmı?

 

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl şərhində bildirib ki, erməni əsirlərdən üç nəfərin İrəvana qaytarılmasını ilk növbədə Azərbaycan tərəfinin xeyirxah addımı, xoş məramı kimi dəyərləndirmək lazımdır: "Baxmayaraq ki, tutulanlar 10 noyabr bəyanatından sonra təxribat törətdiklərinə görə saxlanmışdılar. Təəssüf ki, erməni diasporasının və Ermənistan rəhbərliyinin xaricdə apardığı təbliğat nəticəsində bir çox dövlətlər, Avropa Birliyi, Avropa Şurası və başqa beynəlxalq təşkilatlar yanlış olaraq Azərbaycanı hərbi əsirlərlə əlaqədar Cenevrə Konvensiyasının qərarlarını pozmaqda ittiham etməyə başlamışdılar. Ona görə də onların Ermənistana təhvil verilməsini Azərbaycan hökumətindən tələb və xahiş edirdilər. Bu proses bir kampaniya halına çevrilirdi və üstəlik, ermənilər əsassız olaraq Azərbaycanı əsirlərlə qəddar rəftar etməkdə ittiham edirdilər. Baxmayaraq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə saxlanılanlarla görüşmək şəraiti yaradılıb, əsirlərin ailələri ilə telefon və video görüşləri də təşkil edilmişdi".

Ekspertin sözlərinə görə, qeyd olunanlar və geri təhvil verilən əsirlərin Azərbaycana qarşı hər hansı başqa bir təxribat və diversiya əməliyyatlarında iştirak etmədikləri istintaq nəticəsində sübut olunduqdan sonra qərara alındı ki, bu şəxslər Ermənistana təhvil verilsin. "Belə bir rəsmi mövqe onu göstərir ki, əsirlər sadəcə olaraq saxlanmayıblar, onlarla qanunauyğun şəkildə istintaq tədbirləri həyata keçirilir və istintaqın nəticələrinə görə uyğun qərarlar qəbul edilir. Mümkündür ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya gözlənilən səfəri ərəfəsində də belə bir xoş məram nümayiş etdirilib və ehtimal ki, bu proses davam edəcək", - deyə İ.ismayıl vurğulayıb.

 

 

Politoloq Elxan Şahinoğlu isə bildirir ki, Ermənistan aylardır “əsir” mövzusundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edir və açıq demək lazımdır ki, beynəlxalq aləmdən kifayət qədər dəstək qazanıb: "Ermənilərin beynəlxalq təşkilatlardakı, o cümlədən ABŞ Konqresi və Avropa Parlamentindəki dostları “əsirlər” mövzusunda Azərbaycana təzyiqi artırıblar. Halbuki, 10 noyabrdan sonra Azərbaycan sərhəddini qanunsuz keçən Ermənistan vətəndaşları əsir sayılmamalıdır. Bu həqiqəti Qərbdə qəbul etmək istəmirlər". 

Politoloq hesab edir ki, biz bu vəziyyətdən çıxış yolu tapmalıyıq: "Siyasətdə manevr imkanlarımız olmalıdır. Ötən həftə bildirmişdim ki, əlimizdə olan ermənilərlə bağlı strategiyamızı müəyyənləşdirməliyik. Əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyən ermənilər hissə-hissə Ermənistana təhvil verilə bilər. Buna baxmayaraq, hamısını birdən təhvil vermək olmaz. Bu halda ermənilərin və onların xaricdəki dostlarının təzyiqləri qarşısında geri çəkildiyimiz - “təzyiq et, istədiyini al” görüntüsü yaranar".

E.Şahinoğlu xatırladır ki, birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində bu günə qədər Ermənistan tərəfindən məlumat verilmir: "Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Bu məsələdə beynəlxalq aləmdən səs çıxmır. Beynəlxalq aləm Qarabağda girov saxlanılan 2 vətəndaşımızın geri qaytarılması üçün illər ərzində heç nə etmədi. Əksinə, Emənistanın baş naziri Nikol Paşinyan deyirdi ki, “həmin iki nəfəri Azərbaycana geri qaytara bilmərik, çünki Bakıda onları qəhrəman kimi qarşılayacaqlar”. Buna görə də təzyiq qarşısında əlimizdəki ermənilərin tamamını təhvil verməməliyik. Onlar illərlə bizə əziyyət verdilər, qarşılığını almalıdırlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam