Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

AMEA-nın hotel biznesi: 1 nəfər 50 manat -FOTOFAKT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeçiliyində fəaliyyət göstərən qurumlardan biri də “ANAS Guest House” (“Qonaq Evi”) adlanır.
Yenixeber.org: AMEA-nın rəsmi veb-səhifəsində “Qonaq Evi”nin qonaqlar üçün nəzərdə tutulduğu qeyd olunub. “ANAS Guest House”un sosial şəbəkə hesabında qeyd olunub ki, xidmətlərdən yalnız evli cütlüklər istifadə edə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən “ANAS Guest House”un xidmətlərindən istifadə etmək üçün məşhur hotel axtarış sistemlərindən də sifariş vermək mümkündür. Məsələn, Türkiyənin məşhur “tripadvisor.com.tr” saytında qeyd olunur ki, “ANAS Guest House”də 2 nəfərlik otaqların qiyməti 31-65 manat arasında dəyişir. 

Bundan başqa Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutunun ərazisində AMEA-nın nəzdində daha bir “Qonaq Evi” fəaliyyət göstərir. AMEA-nın rəsmi veb-səhifəsində göstərilir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89 ünvanında yerləşən qonaq evinin 1 günlük qiymətləri 1 nəfər üçün  50 manat  (səhər yeməyi daxil olmaqla),  2 nəfər üçün 70 manat (səhər yeməyi daxil olmaqla) təşkil edir. 
AMEA-nın daha bir istirahət mərkəzi Şamaxıda fəaliyyət göstərir. AMEA-nın rəsmi veb-səhifəsində yazılır ki, AMEA Şamaxı Astrofizika Rəsədxanası öz cazibədar təbiəti, xoş mühiti ilə sizin möhtəşəm istirahətiniz üçün hər cür imkana malikdir. Daha sonra qeyd olunur ki, ailəvi istirahət üçün rəsədxananın ərazisində sıx meşənin qırağında yerləşən kotejlər qonaqlara xoş əhval-ruhiyyə bəxş edəcək.  
Qeyd edək ki, AMEA-nın tərkibində fəaliyyət göstərən bu müəssisələr Akademiyanın İşlər İdarəsinə tabedir. AMEA İşlər İdarəsinin müdiri isə sabiq Nəqliyyat naziri Ziya Məmmdovun qardaşı, keçmiş millət vəkili Elton Məmmədovdur. İşlər İdarəsinin müdirinin müavini isə AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevdir.(yeniavaz.com)






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam