Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Azərbaycanlı inşaatçıların Tərtərdən Kəlbəcərə getməsinin qarşısını almağa çalışırlar-VİDEO

 

Yenixeber.org: Yanvarın 18-də erməni kəndlərinin bir qrup sakini keçmiş Mardakert (hazırda Tərtər) rayonunun Heyvalı (Drbon) kəndi yaxınlığındakı yolu bağlayıb. Onlar Azərbaycana məxsus nəqliyyat vasitələrinin bu yolla Tərtərdən Kəlbəcərə getməsinə qəzəbləndiklərini bildiriblər.

Aksiya iştirakçıları nəqliyyat vasitələrini müşaiyət edən rus sülhməramlılara onlar üçün Kəlbəcərdən Ermənistanın Vardenis şəhərinə gedən yolu açmaq xahişi ilə müraciət ediblər. Ermənilər xahişlərini yazılı şəkildə sülhməramlıların komandanlığına təqdim ediblər. Ermənistan KİV-lərinin məlumatına görə, aksiya iştirakçıları öz mövqelərini belə əsaslandırırlar: Azərbaycanlılar bizim ərazimizdən keçə bilirsə, biz niyə Vardenisə Kəlbəcərdən keçərək gedə bilmirik?”.

Maraqlıdır ki, ermənilər təkcə Kəlbəcərdən deyil, həm də Xankəndinə getmək asan olsun deyə Ağdamdan keçən yolun açılmasını tələb edirlər.

Ermənilərin rus generalla danışıqlarının videogörüntülərindən göründüyü qədər, aksiya iştirakçıları yolu müntəzəm olaraq bağlamaqla hədələyirlər. Onlar həmçinin Azərbaycana məxsus yük maşınlarının sürücülərinin onlara qarşı “təhqiredici jestlər” etməsinə qəzəbləniblər. Amma onlar məhz hansı jestlərdən söhbət getdiyini dəqiqləşdirməyiblər.

Bu zaman rus general deyir ki, “Arsaxın” Azərbaycanla münasibətlərini normallaşdımaq lazımdır və o, artıq Azərbaycanlı sürücülərə yoldan keçərkən telefonla çəkiliş aparmağı qadağan edib.

Bu hadisədən iki gün keçməsinə baxmayaraq, nə sülhməramlıların komandanlığı, nə rəsmi Bakı hadisə ilə bağlı şərh verməyib və ermənilərin tələblərinə cavab verməyib. 

 

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam