Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mikayıl Cabbarov təkzib edir-"SOCAR satılmayacaq"

"Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır".

 Yenixeber.org: Bunu ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg” agentliyinə verdiyi müsahibədə deyib.

Nazir bütün dövlət şirkətlərinin özəlləşdirilməyəcəyini söyləyib. Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan özəlləşdirmə proqramı qəbul etmək niyyətindədir. Bu, indiyədək təklif olunmayan yeni aktivləri əhatə edəcək: "Biz müəyyən müddət ərzində "Özəlləşdirmə naminə özəlləşdirmə” aparmağı düzgün hesab etmirik. Ona görə də investisiya holdinq şirkəti yaratmışıq. Bu holdinqə səhmlərin dəyərini artırmaq və işləmək imkanı verilib".

Nazirin sözlərinə görə, 21 iri dövlət şirkətinin iştirakı ilə yaradılmış yeni holdinqdə səmərəliliyin və korporativ idarəetmənin artırılması, həmçinin onları özəlləşdirməyə hazırlamaq planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam