Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

ABŞ-ın raket daşıyan hərbi gəmisi Rusiyanın ərazi sularını pozduFOTO

 

 

Yenixeber.org: Bu səhər ABŞ hərbi gəmisi “USS John McCain” Sakit okeanda Rusiyanın ərazi sularını pozdu və iki kilometrlik  məsafədə içəri girib. Gəmi ekipajı rus ordusunun xəbərdarlıqlarına məhəl qoymadığına görə onun qarşısını kəsmək üçün Rusiya Sakit Okean Donanmasının hərbi gəmisi göndərilib. Hadisə rus hərbi gəmisinin ABŞ hərbi gəmisini atəş açacağı təhdidi ilə geri dönməyə məcbur etməsi ilə başa çatıb.

“Rusiya Sakit okean Donanmasının “Admiral Vinoqradov” adlı sualtı qayıq əleyhinə gəmisi, Böyük Pyotr Körfəzində ABŞ-ın USS John McCain raket daşıyan hərbi gəmisi tərəfindən dövlət sərhədinin pozulmasını dayandırdı. Hadisə bu gün saat 06: 17-də baş verib. Bir neçə gündür ki, Yapon dənizində təlimlər keçirən ABŞ-ın raket daşıyan hərbi gəmisi Rusiya dəniz sərhədindən 2 km içəri girib. Rusiya gəmisinin komandiri beynəlxalq kanal vasitəsilə “USS John McCain”ə bu cür hərəkətlərin qəbuledilməzliyi və müdaxilə edən obyekti ərazi sularından çıxarmaq üçün “taran”manevrindən istifadə etmə ehtimalı barədə xəbərdarlıq etdi. Xəbərdarlıqdan sonra USS John McCain uzaqlaşaraq neytral sulara üzdü ”deyə Rusiyanın “Voenniy Obozrevatel” agentliyinin Teleqam kanalı yazır.

Bu hadisə çox ciddi bir toqquşmaya çevrilə bilər, çünki Vaşinqton mübahisəli dörd Kuril adası məsələsində Yaponiyanı açıq şəkildə dəstəkləyir.

ABŞ hərbi gəmisinin rus hərbçilərinin ilkin xəbərdarlıqlarına cavab verməməsi nəzərə alınaraq, Rusiya müdaxilə edən USS John McCain-ə hücum edə bilərdi, lakin görünür ki, vəziyyəti kəskinləşmədən və gərginləşmədən həll etməyə çalışdılar.

Rus hərbçilərinin ABŞ hərbi gəmisinin dəniz sərhədlərinə yaxınlaşmasına necə icazə verdiyini, ərazi sularının açıq şəkildə pozulması barədə isə araşdırma aparılmalıdır.

Tərcümə etdi: Ülviyyə Şükürova

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam