Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, xəsarət alanlar var-YENİLƏNİR

 

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Yenixeber.org: Yerli büromuzun məlumatına görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.

Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.

03:20

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Yerli büromuzun məlumatına görə, atəş nəticəsində həmçinin daha 35 nəfər xəsarət alıb.

Hazırda dağıntılar altında qalmış insanların xilas edilməsi əməliyyatı davam edir.

01:40

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində bir neçə dinc sakin həlak olub.

Yerli büromuzun məlumatına görə, atəş nəticəsində mülki şəxslər həlak olub, habelə daha bir neçə nəfər yaralanıb. Raket atəşi bir sıra dağıntılara səbəb olub.

01:09

Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə şəhərini raket atəşinə tutublar.

Yerli büromuz xəbər verir ki, bir neçə dəqiqə əvvəl şəhərdə partlayış səsləri eşidilib.

İlkin məlumata görə, raketlərdən biri yaşayış evinə düşüb. Xəsarət alanlar, dağıntılar var.(report)

Foto: Elçin Murad


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam