Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncədə dağıntılar altından çıxarılanlardan biri -futbolçudur

 

Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində zərərçəkmiş sakinlərdən 3-ü veteran futbolçudur.

Yenixeber.org: Bu barədə Azərbaycan millisinin və "Kəpəz"in sabiq yarımmüdafiəçisi Ceyhun Tanrıverdiyev məlumat verib.

Onun sözlərinə görə, Emin Mustafayev və Sahil Abdullayev hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar: "Hər ikisinin evi pis vəziyyətə düşüb. Abdullayev ciddi xəsarət almasa da, Mustafayev uçqunun altında qalmışdı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu dağıntıların altından çıxardılar. Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır".

Tanrıverdiyev erməni təxribatı nəticəsində zərərçəkmiş digər veteran oyunçunun isə Samir Allahverdiyev olduğunu bildirib: "Allahverdiyevin özünə heç nə olmayıb. Amma ailə üzvləri yaralanıblar".

Qeyd edək ki, hər 3 futbolçu vaxtilə "Kəpəz"in əsas heyətində oynayıb. Emin Mustafayev daha çox futzaldakı çıxışı ilə tanınıb. Sahil Abdullayev isə Gəncə klubu ilə yanaşı, "Şəmkir"in də formasını geyinib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam