Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

İran XİN -Gəncəyə hücumu pislədi

İran XİN Gəncəyə hücumu pislədi
İran İslam Respublikası Azərbaycanın şəhərlərinə, yaşayış massivlərinə raket hücumlarını və dinc insanların qətlə yetirilməsini pisləyir.

Yenixeber.org: Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib. O, həlak olanların ailələrinə başsağlığı verib.
S.Xətibzadə İranın Azərbaycan və Ermənistan arasında elan olunan humanitar atəşkəsin pozulmasından təəssüfünü ifadə edib:

“Biz tərəfləri atəşkəsə əməl etməyə, beynəlxalq hüquq çərçivəsində danışıqları davam etdirməyə çağırırıq. Ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı və işğal olunmuş ərazilər boşaldılmalıdır”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam