Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayıldı:Toyda iştirak edən şok adlar



 Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqal yaradan toyundan yeni görüntülər yayılıb.

Yenixeber.org: Xatırladaq ki, sabiq millət vəkili, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib.

Nəticədə sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Toyda iştirak edən qonaqlar isə cərimələnib.

Musavat.com xəbər verir ki, Meydan TV-nin təmsilçisi Həbib Müntəzir sözügedən toyda iştirak edənlərin növbəti siyahısını paylaşıb. Onun paylaşdığı siyahıda aşağıdakı şəxslərin adı yer alıb:

1. Nəsimi rayon icra başçısı Asif Əsgərov
2. DİN Baş Kadrlar İdarəsi rəisi, general-mayor Rafiq Abbasov
3. SOCAR-da sektor müdiri Anar Orucov
4. Sabiq baş prokuror Zakir Qaralov

Xatırladaq ki, H.Müntəzirin daha öncə paylaşdığı toy iştirakçıları siyahısında aşağıdakı adlar yer almışdı:


Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı)
Əliyev Bəxtiyar Həmzə oğlu (Ağdamdan deputat)
Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri)
Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı)
Teymurzadə Aysel Məhəmməd qızı (Eurovision müğənni)
Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank “BTB” ASC-nin müşahidə şurasının üzvü)
Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı - Sabiq MTN polkovniki)
Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı)
Əliyev Orxan Fikrət oğlu (İlham Əliyev qardaşı oğlu, Ailə TV-nin rəhbəri)
Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyev qardaşı oğlu, "AQUA SAFE" və "E and S" şirkətlərinin sahibi)
Aqiyə Həbib qızı Naxçıvanlı (Deputat)
Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universitetinin rektoru)

Bu siyahıda adı çəkilənlərdən deputat Bəxtiyar Əliyev və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova orda iştirak etməsi barədə yazılan xəbərləri təkzib ediblər.


Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən, Azərbaycanda toy və kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Eyni zamanda, həmin vaxt Tovuz döyüşlərində həlak olan yüksək rütbəli hərbçilərin 40-ı çıxmamışdı. Bütün Azərbaycan qeyri -rəsmi olaraq, öz qəhrəmanlarına yas saxlayırdı...(musavat)

Həmin görüntüləri Meydan Tv-yə istinadən təqdim edirik:














  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam