Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şadlıq evləri bağlanır

 

  "Toy oliqarxları"na böyük zərbə hazırlanır

 

    Dövlət yas mərasimlərinin tənzimlənməsindən sonra toy biznes sektorundakı xaotik vəziyyəti də qaydaya salmağı nəzərdə tutur

 

   Bunun üçün xüsusi qanun layihəsi hazırlanır...

  "Xeberinfo.com":Hakimiyyətin yas mərasimlərindəki dəbdəbənin, verilən ehsan süfrələrindəki israfçılığın aradan qaldırılmasına hesablanan addımları xalq arasında yüksək rəğbətlə qarşılanıb. “Yeni Müsavat” xəbər verir ki, bunu qəzetin poçtuna gələn məktublar, telefon zəngləri və jurnalistlərin mövzuya dair keçirdiyi sorğular təsdiq edir.

Qəzetin verdiyi məlumata görə, hakimiyyətin hər ay xidməti məqsədlərlə keçirdiyi sorğuda əhali tərəfindən ən çox bəyənilən addım da bu olub.

Hakimiyyət yas mərasimlərinin təşkili ilə bağlı atdığı addımları toy məclislərinə də şamil etməyə hazırlaşır. Hamıya məlumdur ki, bu sahədə vəziyyət daha biabırçıdır -  toy məclislərinin təşkilindəki hədsiz təmtəraq, israfçılıq, yarış atmosferi bir ictimai bəla halına gəlib. Əksəriyyəti vəzifəli məmurlara məxsus olan şadlıq sarayları demək olar ki, hər gün qiymətləri artırır, bununla bərabər, insanların istismarı, soyulması da yüksələn xətt üzrə davam edir. Böyük bir biznes şəbəkəsi, sənaye halına gəlib çıxmış toy mərasimləri Azərbaycanda qonaq olan hər kəsi heyrətləndirən israfçılığa yol açır. Həm də burada hər şey mafiya qaydaları üzərində qurulub və amansızdır. Bəzən toy sahibləri restoranların pulunu ödəyə bilmirlər -  dəvətlilər az gəlir, ya da nəmər pulları az yığılır -  bu zaman hətta təzə evlənən cütlükləri, ya da onların yaxınlarını şadlıq saraylarının işçiləri girov kimi saxlayır, borc pulları gec tapanlar toylarının ilk gecəsini şadlıq sarayında girov kimi qalırlar. Buradaca qeyd edək ki, belə bir hadisə “Yeni Müsavat”ın keçmiş əməkdaşlarından birinin də başına gəlib: yalnız redaksiya borc kimi qalan məbləği yığdıqdan sonra əməkdaşı olan bəyi və onun xanımını şadlıq evindəki girovluqdan qurtara bilmişdi.

Bu cür hallar böyük ictimai qınaq və qəzəb dalğası yaradır. İctimai mühiti, milli dəyərləri korlayan bu cür hallar millətə yas mərasimləri zamanı baş verən neqativlərdən daha ağır zərbə vurur.

Məlumatlara görə, hakimiyyət bu problemin kökdən və inzibati həllindən başqa, həm də qanun layihəsi hazırlayır. Həmin layihə ictimai sektordakı müəyyən qaydaları dəyişməyi hədəfləyib. O cümlədən də, yas və toy mərasimlərinin təşkili qaydalarını tənzimləmək qaydaları burada özünü əks etdirəcək.

Burada məsələnin ən sensasional cəhəti isə budur ki, ölkədə göbələk kimi boy verən şadlıq sarayları şəbəkəsi tam nəzarətə götürüləcək və bu sarayların bir çoxunun təyinatı məcburən dəyişdiriləcək. İndiki şadlıq saraylarının əksəriyyəti  ticarət-əyləncə və idman-əyləncə komplekslərinə çevriləcək. Onlara itirdikləri gəlirləri bu sahədə kompensasiya etmək imkanları yaradılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam