Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"Azərbaycan gələcək Avropa Oyunlarının təşkili üçün yüksək standart yaradacaq"

 

"Bakının seçilməsi düzgün qərar idi"

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin (BHMOK) prezidenti Mariyan Kvesiç Azərtac-a müsahibəsində söyləyib.   M.Kvesiç deyib: “Nəzərə alsaq ki, bu yarışlar ilk dəfə keçirilir, o zaman təşkilatçı ölkənin üzərinə böyük məsuliyyət düşür. Mən həmkarlarımla birgə Avropa Olimpiya Komitəsinin (AOK) sessiyalarında iştirak edərkən Azərbaycan Milli Olimpiya Komitəsinin Bakı-2015-ə hazırlıqla bağlı təqdimatlarını izləmək şansı əldə etmişəm. Belə bir nəticəyə gəlmək olar ki, AOK bu cür mötəbər bir tədbirə ilk dəfə məhz Azərbaycanı ev sahibi ölkə olaraq seçməklə düzgün qərar verib”.   BHMOK-un prezidenti bildirib ki, ölkəsi ilk Avropa Oyunlarında 90 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq: “Atletlərimiz son bir neçə aydır ki, Azərbaycanda keçiriləcək bu yarışlara ciddi hazırlaşırlar. Atletika, boks, avarçəkmə, velosiped, cüdo, stolüstü tennis və üzgüçülük idman növləri üzrə Bakı-2015-də mübarizə aparacaq idmançılarımızın hədəfləri bu yarışlardan medallarla qayıtmaqdır”.   Azərbaycanda yarışlara hazırlıq çərçivəsində görülən işləri diqqətlə izlədiyini bildirən M.Kvesiç diqqətə çatdırıb ki, ölkəsi azərbaycanlı idmançıların uğurlarına hər zaman sevinir. O deyib: “Ümumiyyətlə Olimpiya dəyərləri hər şeydən əvvəl dostluğu və hörməti tərənnüm edir. Ölkələrimizin idmançıları tərəfindən təbliğ olunan bu ali dəyər Azərbaycan ilə Bosniya və Herseqovina arasında səmimi əlaqələrin güclənməsinə töhfə verir. İlk Avropa Oyunlarından hörmət, mükəmməllik və Olimpiya Hərəkatının ruhunu yaşadacaq digər dəyərləri əks etdirməsini gözləyirik. Əminik ki, yarışlarda göstərəcəkləri nəticələrindən asılı olmayaraq, Bosniya və Herseqovina idmançıları Azərbaycandan gözəl və unudulmaz xatirələrlə qayıdacaqlar”.Azərbaycan gələcək Avropa Oyunlarının təşkili üçün yüksək standart yaradacaq.   Bu sözləri Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin (BHMOK) prezidenti Mariyan Kvesiç AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.   M.Kvesiç deyib: “Nəzərə alsaq ki, bu yarışlar ilk dəfə keçirilir, o zaman təşkilatçı ölkənin üzərinə böyük məsuliyyət düşür. Mən həmkarlarımla birgə Avropa Olimpiya Komitəsinin (AOK) sessiyalarında iştirak edərkən Azərbaycan Milli Olimpiya Komitəsinin “Bakı-2015”ə hazırlıqla bağlı təqdimatlarını izləmək şansı əldə etmişəm. Belə bir nəticəyə gəlmək olar ki, AOK bu cür mötəbər bir tədbirə ilk dəfə məhz Azərbaycanı ev sahibi ölkə olaraq seçməklə düzgün qərar verib”.   BHMOK-un prezidenti bildirib ki, ölkəsi ilk Avropa Oyunlarında 90 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq: “Atletlərimiz son bir neçə aydır ki, Azərbaycanda keçiriləcək bu yarışlara ciddi hazırlaşırlar. Atletika, boks, avarçəkmə, velosiped, cüdo, stolüstü tennis və üzgüçülük idman növləri üzrə Bakı-2015-də mübarizə aparacaq idmançılarımızın hədəfləri bu yarışlardan medallarla qayıtmaqdır”.   Azərbaycanda yarışlara hazırlıq çərçivəsində görülən işləri diqqətlə izlədiyini bildirən M.Kvesiç diqqətə çatdırıb ki, ölkəsi azərbaycanlı idmançıların uğurlarına hər zaman sevinir. O deyib: “Ümumiyyətlə Olimpiya dəyərləri hər şeydən əvvəl dostluğu və hörməti tərənnüm edir. Ölkələrimizin idmançıları tərəfindən təbliğ olunan bu ali dəyər Azərbaycan ilə Bosniya və Herseqovina arasında səmimi əlaqələrin güclənməsinə töhfə verir. İlk Avropa Oyunlarından hörmət, mükəmməllik və Olimpiya Hərəkatının ruhunu yaşadacaq digər dəyərləri əks etdirməsini gözləyirik. Əminik ki, yarışlarda göstərəcəkləri nəticələrindən asılı olmayaraq, Bosniya və Herseqovina idmançıları Azərbaycandan gözəl və unudulmaz xatirələrlə qayıdacaqlar”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam