Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

EYLƏDİ

 

Xeberinfo.com:  Sözüm sizlərədir cənab müxalif partiyaların başqanları. Həmçinin siyasətlə məşğul olanlar və hərbiçilər. Çoxlarınız ölkədə hökumətin birinci şəxsi olmağa can atırsınız. Ölkənin prezidenti olmaq üçün siyasətdə mürəkkəb olan bir sıra pillələri keçmişsinizmi? Dünya miqyasında prezident olanların hamısı təhlükəli anları yaşayıb və yaşayırlar. İndiki yaşadığımız dönəmdə şahidi olduq ki, prezidentlər ölkədə çevriliş etməyə cəhd edənlərlə, ölkənin maliyyəsini talamaq kimi ağılasığmaz cinayət törədənlərlə, ölkənin sayılıb seçilən şəxslərini qətlə yetirənlərlə, xarici kəşfiyyatın qulu olub ölkənin əleyhinə casusluqla məşğul olanlarla və zəhmət çəkmədən hədsiz varidata sahib olmaq üçün iqtisadi təxribatları özlərinə peşə seçənlərlə qarşılaşmalı olublar. 

 



Olduğu kimi bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Müstəqil Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev zəhmətkeşlərlə növbəti görüşlərinin birində bir nəfər “Siz millətin Babasısınız”,- dedi. Dünya görmüş, hər növ sınaqdan çıxmış H.Əliyev tərəddüd etmədən -Millətin Babası olmaq mürəkkəb məsələdir. Mən nəvələrimin babasıyam”,- deyə cavab verdi. Göründüyü kimi Millətin Babası olmaq, Prezident kürsüsündə əyləşmək ücün dövlət quruculuğunda ən çətin pillələri keçmək tələb olunur. 

Gələk uklad məsələsinə. Rusiyada oktyabr inqilabı nəticəsində məmləkətdə burjuaziya hakimiyyəti devrildi, uklad dəyişdirildi, proletariat diktaturası quruldu, Sovet sosialist dövləti yaradıldı. Bu yaradılma milyonlarla insanların məhviylə başa çartı. İkinci dünya müharibəsi isə 57 milyon insanın həyatna son qoydu. Yüzlərlə yaşayış məskənləri, şəhərlər darmadağın oldu. 90-cı ildə SSRİ cökdü, yenidən uklad dəyişdi, respublikamızda Sumqayıt, 20 yanvar və Xocalı faciələri baş verdi. 1979-1989-cu illərdə Əfqanıstanda baş veən” “inqilab” beş milyon insanı yurdundan didərgin saldı, minlərlə əfqan müharibənin qurbanına çevrildi...

Demək istədiyim odur ki, ukladı inqilab yolu ilə dəyişdirmək yox, onu dinc yolla inkişaf etdirmək lazımdır. Müharibələr yollarında hər il yüz milyardlarla dollarları havaya sovurmaq yox, həmin vəsati ictimai quruluşun inkişafı üçün insanların maarifləndirilməsinə sərf etmək  daha məqsədyönlüdür. Siyasətlə məşğul olanlar, yüksək rütbəli hərbçilər anlamalıdırlar ki, zorakılıqla ukladı-ictimai quruluşu dəyişmək insanlara ancaq faciələr gətirir.

Ukladın dəyişməzliyinin insan cəmiyyətinə faydalı olduğu haqqında bilgimin düzgünlüyünü əsaslandırmaq üçün əlimdə olan rəsmi mənbələrdən götürdüyüm  aşağıdakı məlumatları oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Çin Xalq Respublikasının ərazisi 9.6 mly.kv.km., keçmiş SSRİ-nin ərazisi 22.4 mly. kv.km., olmaqla onun ərazisi ÇXR-nın ərazisindən 2.333 dəfə böyükdür. SSRİ-nin əhalisi  276.3 milyon nəfər (1985-ci il), ÇXR-nın əhalisi 1.060 milyon nəfər (1987-ci il) olmaqla onun əhalisi SSRİ-dən 3.836 dəfə çoxdur. SSRİ-də sosializm ictimai quruluşu-ukladı çökdüyü halda CXR-da uklad dəyişməmiş və Kommunit rejimi öz fəaliyyətindədir. Demək istədiyim odur ki, ÇXR-ın rəhbərliyinin və əhalisinin əqli mülkü ruslarınkından üstün, möhkəm və varlıdır. Dünya miqyasında istər hərbi qüdrətinə, istərsə də iqtisadi inkişafda ABŞ-dan sonra ÇXR ikinci yeri tutur. Hər iki mülkiyyət forması orada inkişafdadır. Fürsət əllərinə keçəndə ABŞ-nı ABŞ-ın xarici bazarlarında sıxışdırmağı da bacarırlar. Faktlar təsdiq edir ki, inkişaf üçün müharibələrlə ukladı dəyişmək yox, siyasətçilər və hərbiçilər beyinlərinin fəaliyyətinin istiqamətini dəyişməlidirlər.

Nə vaxta kimi mülki əhali ictimai qruluşu-ukladı dəyişmək və sərhədləri daraltmaq-genəltmək məqsədilə siyasətçilərin yeritdikləri siyasətin və hərbicilərin tətbiq etdikləri zorakılıqların qurbanına çevriləcəkdir?      

EYLƏDİ

Iqtisadi-siyasi müxəmməs

Tanrı məni sağlam bilib həyatımı var eylədi,

Məqsədimi əqdəm bilib gəncliyimi şad eylədi,        

İmkanımı məhdud bilib dərd-sərimi az eylədi,

İstəyimi lazım bilib xislətimi xoş eylədi,

Mənliyimi unutmayıb mühitimi yaz eylədi. 

 

Yaxınlarım əhval sordu, gənc bəxtimə can-can dedi,

Yaradanım oyaq oldu, pis günümə yox-yox dedi,

Söykəndiyim dayaq durdu, dur ayağa qalx-qalx dedi,  

İnandığım mayaq oldu, gen dünyaya bax-bax dedi,

Kimliyimi araşdırıb varlığımı hifz eylədi.

 

Ümidliydik ölkəmiz var,valyutası dəyərlidi,

Öyünmüşdük  eMKamız var, siyasəti önəmlidi,

Fəxr etmişdik ordumuz var, taktikası yetərlidi,

Sevinmişdik dünyamız var , hər tərəfli əbədidi,

 

Boşboğazı satqınlaşıb bu ukladı yox eylədi.

 

Nə biləydik başda duran dərin deyil, səbatsıdır,

Nə görəydik başqan olan mətin dyil, mafarsızdır,

Nə sezəydik kürsü tutan əngin deyil, ətrafsıdır,

Nə duyaydıq qərbə baxan zəngin deyil, qafasızdır,

Millətləri möhtac edib güzaranı zülm eylədi.

 

Düşünməzdik tam dağılar ”sədəməsiz” imperiya,

Gözləməzdik məğlub olar vuruşmasız  imperiya,

Anlamazdıq borclu qalar ucbucaqsız  imperiya,     

Fərz etməzdik rublu əzər dollar gəzər imperiya,

İşbazları mənsəb güdüb valyutanı bol eylədi. 

 

Sovetlərin liderini missis duyub gəda saydı,

Məsələnin düzənini razılaşıb başa saldı,

Qoca mister bilgisizi ələ alıb kölə yazdı,               

Təsliminin sınədini təqdim edib imza atdı,                                                                                                  

Köləliyi satın alıb mənliyini puç eylədi.

 

Qarbaçova ad verildi kalbaşlığı hesabına,

“Yeni qurma” Nobel aldı alçalmağı hesabına,

ESeSeRİ zərbə aldı satılmağı hesabına,                   

Parçalanma məhvə getdi  siyasəti hesabına,

Rəhbərliyi yolsuzlaşıb ittifaqı faş eylədi.

 

Əvvəl-əvvəl talanları öz başına buraxdılar,

Sonra-sonra Mixaili kürsüsünə oturtdular,

Bu anlamaz başı boşu burulğana tulladılar,            

Top dağıtmaz bir dövləti borca görə ağlatdılar,

Heyvərəsi kəm anlayıb millətini xar eylədi.

 

Quruluşu dağıdanlar bir daş belə qoymadılar,

Qudurmuşu kar olmuşlar dövlət belə saymadılar,    

Oxumuşu kor olmuşlar haqqa belə baxmadılar,

Yoluxmuşu var yığmışlar kasıb zümrə anmadılar,

Dadananı harınlayıb qalan-qismi xan eylədi.

 

Hər gədəyə asan gəldi dövlət qurmaq, kürsü almaq,

Hər dəstəyə başqan gəldi sayın olmaq, mövqe tutmaq,

Hər ərənin şəsti deyil bu məkanda sərdar olmaq,             

Hər kişinin işi deyil bu “Millətə Baba olmaq”,

Başqanlığı arzulayıb mərəzini ərz eylədi.

 

Müstəqillik bir paz olub Ermənistan gədəsinə,

“Metsamor”luq ələm olub Zor Balayan dəstəsinə,

Ermənilik dərin batıb Qrant, Ohanyan gərməsinə,         

“soyqırım”lıq əngəl olub cəmi Qərbin həvəsinə,

Dələduzu xortuldayıb “soyqırım”ı dərd eylədi.

 

Kiçik arayış: lüğtdə əqdəm- ən əvvəl, öncə; səbat- sabit, sözündən və iqrarından dönməmə; faş- ifşa olunmuş; heyvərə-kobud, zırrama; xar-zəlil,həqir; xan-karvansara, xonça, dəstərxan; ərən-mütəfəkkir, filosof, müdrik adam; şəst-vüqar,təşəxxüs; mərəz-xəstəlik kimi izah olunur.

 

                                           

Quliyev Elxan Sarı o.                                    

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam