Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Asif Ata Ocağında “Şərqilik” Bayramı keçirilib

 

 

   "Xeberinfo.com": Sentyabrın 12-də Mütləqə İnam Ocağının Ruhsal Mərkəzində “Şərqilik” Bayramı keçirilib. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.

Ocağın Ruhsal Başçısı Safruh İnam Evinin həyətində qalanmış tonqal yörəsində bayramın mahiyyətini ifadə edən söz deyib, gələnləri kutlayıb.  

Bayramda Ocaqçılar, İnamçılar, Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ocaqçılar və qonaqlar bayramın  ruhuna uyğun söz deyiblər.

Asif Ata Ocağının il ərzində keçirilən 4 bayramı var: “İnsanilik”, “Xəlqilik”, “Şərqilik”, “Bəşərilik”. 

Şərqilik – Ocağın üçüncü bayramıdır. Kutsal “Şərqilik” Bayramının mahiyyətində Şərqin əzəli, əbədi ilahilik məqamları vurğulanır, Şərqilik bir dəyər kimi insanlara sunulur, bayram səviyyəsində kutlanır. Bunun özülündə duran amac ondan ibarətldir ki, insanın, yurdun var olması sonda Şərqin var olmasıyla sonuclanır.

Şərq insaniliyin beşiyidir: bədiiyyatda, ondan daha artıq səviyyədə dində, ruhaniyyatda, fəlsəfədə... Mütləqə İnam dünyabaxışı Şərqiliyin, bəşərin bütün gözəl cəhətlərini öz içinə alır, bunlardan daha uca, daha üstün mənəvi xilasçılıq gətirir. Şərq əzəli dəyərlərinə, özümlüyünə qayıtmaqla qurtula bilər. Bu səbəbdən də Şərqiliyin bayram edilməsi bəşərin bayram ənənəsində ilkdir, qeyri-adidir, yenidir, həm də Şərqin indiki halında hava-su kimi gərəklidir.

Şərqilik Bayramı – ulusumuz, uluslar, bəşərin taleyi ilə bağlı Mütləqə İnam səviyyəsində qayğılanmağımızın ifadəsidir. İnsanın, ulusumuzun, Şərqin, bəşərin var olmasının qaynağı İnam Atanın dünyabaxışı, bunun canlı sorağı Ocaq, Atanın, Evladlarının ömrüdür.

Bayramda aşıqlar Adil Cəfakeş, Fikrət, Qara Borçalı, Dərya Mərdanzadə, Orxan Kamilovun sazda ifaları dinlənilib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam