Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Acıdan çıxmaq

 

Acıdan çıxmaq

 

 "Xeberinfo.com":

İnsanın inamsızlıq ehtiyacı yoxdur – inam ehtiyacı var.

***
İnamsızlıq ehtiyacdan yaranmır, həqiqətsizlikdən, mənasızlıqdan yaranır – inam ehtiyacı yaradır.

***
Böyük əzabı görməyən böyük fərəhə yetə bilməz.

***
Bütün ağrı-acılar ölümü, bütün fərəhlər ölümsüzlüyü soraq verir.

***
Ağrı-acıda, iztirabda ölüm, fərəhdə yaşam imkanı var.  

***
Bütün acılar, iztirablar ölüm qorxusu yaradır.

***
Ağalıq – qorxunun gücə çevrilməsidir.

***
Köləlik – qorxunun gücsüzlüyə çevrilməsidir.

***
Məna uydurulmur, mənasızlıq uydurulur.

***
Çevik həqiqət olmur, çevik yalan olur.

***
Yaşamın gerçəkliyi ilə uyum tapan – ağrı-acıya, iztiraba düşür.

***
Yaşamın anlamı ilə uyum tapan – iztirabdan çıxır, fərəhə yetir.

***
Atamız var olsun!

 

Yolruh  ATALI

31 Söngü 36-cı il.

 

(31.8.2014).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam