Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ƏBƏDİ, ƏZƏLİ AZƏRBAYCANAM”!!! XƏLİL RZA ULUTÜRK – 85

 

Fb-NİN GÜNDƏMİNDƏN

Sərvər MƏSUM

XƏLİL RZA ULUTÜRK….

Azərbaycanın şəhid şairi….

Bu gün özünü və ciyərparasını Azərbaycanın azadlığına qurban verən böyük şair X.R.Ulutürkün ad günüdü.
Böyük türkçü şairlə bir xatirəmi bölüşmək istəyirəm.
X. R. Ulütürk o vaxt H. Əliyevin köməkliyi ilə Türkiyədə müalicə almış və yeni açılmış “Ümid” körpüsü ilə Naxçıvana dəvət edilmişdi.

Şairin qarşılanması Naxçıvan Teleradio Verilişləri Şirkətinin sədri şair Elman Həbibə həvalə olunmuşdu. Elman Həbib də məni çağırıb Sədərək körpüsünə göndərdi. Televiziyanın sədrə aid maşını ilə böyük şairi körpüdə qarşılayıb Naxçıvandakı “Qonaq Evi”nə gətirdim. Yolda milli mücadiləmizdən , milli gələcəyimizdən , Qarabağda gedən savaşdan , Heydər Əliyevin yaradıcı insanlara qayğısından bəhs etdi. İçi dolu , alovlu millətini, vətənini sevən bir örnək sərgilədi bu böyük türkçü….
Türk olmağın qürurunu o vaxt içdən yaşadım.
Və o vaxt mən bir daha əmin oldum ki vətəni, milləti, dövləti Allahın seçdiyi adamlar sevər…
Tanrıdan hər üç KİŞİ-yə rəhmət diləyirəm.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam