Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ŞƏKİL ÇƏKƏN

 

Xeberinfo.com:  

 

Evin yıxılmasın, ay şəkilçəkən,
Bu şəkli çəkmisən nə zaman, nə vaxt?
Bəlkə də bilmirsən...
Bu Yer üzündə
yoxdu sənin kimi bəxtigir, xoşbəxt?!
Evin yıxılmasın, ay şəkilçəkən, 
Nə yaman fürsətmiş düçüb əlinə?
"Belə dur",
Belə bax!" bəhanəsiylə
sığal da çəkmisən ipək telinə.
Heyrətdən huşun da başından çıxıb,
Bir "Ah!" nidası da keçib içindən.
O hardan biləydi?
Nə oyundu bu?
Yazıq xəbərsizmiş ölçü-biçindən.
Sənə haqq verirəm, ay şəkilçəkən,
Niyə titrəmisən, halın dəyişib?!
Onu sevə-sevə
yaradıb Allah,
Yəqin ki, asudə vaxtına düşüb.
Evin yıxılmasın, şəkil yiyəsi!...
Bu görkəm hansı yaş,
hansı vaxtındı?
Nağıldan silkinib,
dastandan şıxıb--
gözəllər gözəli Burla xatındı!...
Evin yıxılmasın, ay çəkilçəkən,
səpdin yaram üstə bir çimdik duzu.
Bu boyda şəhərdə
necə gəzim ki,
rastıma çıxmasın o zalım qızı?
Evin yıxılmasın, ay şəkilçəkən,
Qorxuram,
görərəm yaşı yarıdı.
Əlində çəliyi, bənizi solğun,
həyatdan gileyli, düşgün qarıdır.
Onda neyləyəm, ay şəkilçəkən,
Gərək, bu dünyadan
küsüb əl çəkəm!
"BƏXT" kitabından.

 

ETİBAR ETİBARLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam