Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

HİYLƏGƏR TÜLKÜ -Uşalar üçün kiçik hekayə


Yenixeber.org: Quşlar da insanlar kimidir, onlar da xoşları gələn yerdə yuva qurub başqa yaşayırlar. Amma bu insanlardan fərqli olur. Onlar yumurta qoyub, bala çıxardandan sonra balarını pərvazlandırıb, başqa məkana gedirlər. Daimi yerləri olmur. Bəzisi ağacların budaqlarında, bəziləri evlərin eyvanında, bəziləri də kol- kosun arasında yuva qururlar. Sərçəylə Qumuruda aclarda yuva qururlar. Sərçəylə Qumuru qonşuydular, hərəsi bir ağacın budağında yuva qurmuşdular. Hər ikisidə bala çıxarmışdı. Balalr civildəşib analarından yem istəyirdilər. Sərçə hər gün yem dalınca gedir,yaxşı-pis tapıb gətirdiyi yemlə balalarının qarnını doydururdu. Bir gün yem dalınca gedib qayıdanda, ağacın dibində bir tülkünün şöngüyüb oturduğunu gördü,dalağı sancdı,bədəni ürpəşdi,qorxdu. Sərçənin gəldiyini görən Tülkü üzünü yuxarı tutub sərçəyə dedi:-Sərçə, nəvaxtdırki, acam.Acından ölürəm,bir dəri,bir sümük qalmışam.Hər gün balalarından yemək üçün mənə verməsən, ağacı dibindən kəsəcəm, balaların yuvasından yerə tökülüb öləcəklər. Blalarının ölməyini istəmirsənsə, tez elə mənim payımı göndər. Səhərdə bir tikə də yeməmişəm. Sərçə Tülküyə üz tutub yalvarmağa başladı: Tülkü lələ, insaf elə,mənə yazığın gəlsin,məni bala qatili eləmə,nə olar. Get, yemini başqa yerdə axtar.
-Yox,heç hara gedəsi deyiləm, mənim yemim səndədir, Ver,səni rahat buraxım.
-Tülkü lələ,mənə beş dəqiqə vaxt ver,qonşuya dəyib gəlirəm. Gələn kimi də istədiyini verəcəm.
-Yaxşı, get, tez gəl mənim vaxtım yoxdur.
Sərçə qanad açıb qonşusu Qumurunun yanına uçdu. Başına gələnləri ağlaya-ağlaya ona nəql elədi.Qumuru acı-acı sərçəyə güldü:
-Sərçə qardaş,düz deyiblər ki, sərçənin ağlı olmur. Ay evin tiksin, Tülkünün mişarı yox, baltası yox. Ağacı nəylə kəsəcək, hə? O sənin küt beynindən istifadə edir. Get, rahatca balalarını böyüt,heç kimdən qoxub eləmə. Sərçə sevinə-sevinə balalarının yanına qayıtdı və ağacın dibində şöngüyüb onu gözləyən Tülküyə:-Mən sənə balamı vermərəm, nə istəyirsə nelə. Qərarım qətidir. Tülkü sərçənin bu cəsarətindən əsəbləşib ağacı var gücüylə sikələməyə başladı, amma ağacın gövdəsi böyük olduğundan heç yarpağı da tərpənmədi. Tülkü deyinə-deyinə quyruğunu qısıb ordan uzaqlaşdı. Kələyi baş tutmadı.
Məhərrəm Şəmkirli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam