Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Aslan İsmayılovdan efir vaxtı qiymətlərinə sərt etiraz



"Artıq təbliğat təşviqat kampaniyası başlayır, pulsuz canlı efir vaxtından isə heç bir xəbər yoxdur. Əvəzində İTV pullu efir vaxtının CNN, BBC kanallarından da baha olan qiymətlərini açıqladı"

"Xeberinfo.com":  Məlumata görə, bunu tanınmış vəkil Aslan İsmayılov öz Facebook səhifəsində yazıb. 

Aslan İsmayılov qeyd edib ki, bu qiymətləri müəyyən edənlərin ya insanların qanuni məvacibindən xəbərləri yoxdur, yaxud insanların məvacibini yox, cinayət yolu ilə əldə etdikləri rüşvətləri nəzərdə tuturlar, yaxud bu yolla sadəcə namizədlərə birbaşa seçicilərlə təmasda olmalarına dolayısı ilə "YOX" deyirlər: "Ölkədə ən çox işləyən vəkillərdən biri kimi mənim 1 saniyəyə 20-50 AZN, 1 dəqiqəyə 1200-3000 AZN, realda seçiciyə nə isə demək üçün lazım olan 10 dəqiqəlik çıxış üçün isə 30 min AZN ödəmək imkanım yoxdur. Bu imkandan istifadə edib çıxış etmək istəyənlər isə Milli Məclisə gedib 1575 manata məvacibə vicdanla xalqa xidmət etmək istəyənlər yox, deputat olub qanunsuz yollarla ayda on minlər qazanmaq istəyənlər olacaq. Bu mənim fikirim yox, ən sadə məntiqin nəticəsidir. Sadə məntiq onu da deyir ki, hakimiyyət bu dəfə də qanuni seçkilər keçirmək istəmir, deputatlığa namizədlərin seçicilərlə birbaşa təmasından qorxur və özlərində inam hissi yoxdur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam