Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Konsert uğurla keçdi

Fərman Kərimzadə anıldı

 

 Bu həftənin əvvəlində Respublika Mədəniyyət və Turizm Nazirliyi "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Bakıda- Respublika Akademik Milli Dram Teatrında Şəmkir İcra Hakimiyyəti ilə birlikdə Şəmkir incəsənət ustalarının konsertini təşkil etmişdi.

 

  "Xeberinfo.com":  Konsertdən qabaq teatrın qarşısında - Füzuli meydanında rayonda istehsal olunmuş sənaye və kənd təsərrüfatı məhsullarının sərgisi açılmışdı.Ağ xalatlı oğlanlar və qızlar tədbir iştirakçılarına müxtəlif çeşitdə çirniyat və çay təklif edirdilər.Teatrın foyesində isə rayonda və rayondan qıraqda yaşayan şair və yazıçıların müxtəlif illərdə, müxtəlif nəşriyyatlarda çıxmış kitabları, eləcə də məktəbli uşaqların rəsm əsərləri və əl işləri nümayiş olunurdu.

      Tədbiri Respublika Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev açmış, Şəmkirliləri Bakıda görməyinə şad olduğunu bildirmiş, onlara hər sahədə uğurlar diləmişdir.Sonra Şəmkir İcra Hakimiyyətinin başçısı  Alimpaşa Məmmədov ölkə prezidentinin Şəmkirə və şəmkirlilərə olan diqqətindən söz açmış, son vaxtlar rayonda aparılan tikinti quruculuq işlərindən,sənaye və kənd təsrrüfatında əldə olunan uğurları tamaşaçıların diqqətinə çatdırmışdır.

   Çıxışlardan sonra Şəmkirin tarixindən,bu günündən, qazandığı uğurlardan bəhs edən sənədli filim nümayiş olunmuşdur.Filimin nümayişindən sonra səhnə incəsənət ustalarının ixtiyarına verilmişdir. Aşıqlar, müğənnilər,rəqqaslar möhtəşəm və ecaskar çıxışları ilə tamaşaçıları heyran etmiş, onların sürəkli alqışlarını qazanmışlar.

                                      

Məhərrəm Şəmkirli. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam