HƏLƏ...
"Xeberinfo.com": Müxəmməs
Mikroskopla görünərsən istədiynə çox var hələ,
Nəmişlikdə cürüyərsən bərkiməynə çox var hələ,
Bünövrədə əzilərsən möhkəmliynə çox var hələ,
Xırda-xırda dənəciksən daş olmağna çox var hələ,
Keyfiyyətin bəlli deyil sınaqlara vaxt var hələ
Mutantlısan-əngəllisən.,yaramazın varisisən,
Fırıldaqsan, bilgisizsən, ucuzlunun köləsisən,
Kəmağılsan, yedəkdəsən dəyərsizin yekəsisən,
Yamağından xəbərsizsən, şər atmağın bircəsisən,
Qüsurların azlı deyil, söyləməyə vaxt var hələ.
Tərif yazdıq tanınasan, demədik ki, qozlanasan,
Arif sandıq dağlaşasan, demədik ki, tozlaşasan,
İnsan saydıq çağlaşasan, demədik ki, çaşlaşasan,
Hörmət etdik ucalasan, demədik ki, korlaşasan,
Ehtibarın karlı deyil, ünsiyyətə çox var hələ.
Xortlamağı bəyənənin çoşqalığı məlum işdi,
Çoşqalığı öyrənənin donuzluğu əqdəm işdi,
Mundarlığı görünənin yaxınlığı cəncəl işdi,
Quduzluğu əxz edənin cəm varlığı şətəl işdi,
Hiylə, məkrin saylı deyil, sınaqlara vaxt var hələ.
Çox danışır müstəntiqlər: ”İnsan olub alver malı”,
Göz yumulur görmür bəylər körpələrdir bazar malı,
Bazar qurur mamaçalar: “Verməlisiz min dolları”,
Ağ xalatlı bu cibgirlər almasalar yaşılları,
Körpə bala sepsis tutar, Ana tapar məzarlığı,
Xəstələrmiz dərdsiz deyil, üz tutmağa yer yox hələ.
Nə xoşbəxtdir bizim millət kredit alır faiz vermir,
Qüdrətlidiir bizim millət müflis olur ölür dinmir,
Tolerantdır bizim millət mutantlara yadlar demir,
Biznesmendir bizim millər fırıldağa azar demir,
Aldananlar saylı deyil, söz deməyə yer yox hələ.
İslahatlar dildə gəzər, Qanunları xəyaldadır,
Pulu alar order kəsər, kubçaları “Asan”dadır,
Süründürən, sürünənlər çox illərlə dartışdadır,
Mənzil tikən cüt şəriklər alanlarla vuruşdadır,
Əngəl əkən soyğunçular yuxarıyla barışdadır,
Aldadanlar dayaz deyil, şikayətə yer yox hələ.
İqtisadi inkişafda qonşuları mat etmişik,
Səmərəli gedişatda Avropanı fəth etmişik,
Möhtaclığı azaltmaqla şimallını incitmişik,
Təqaüdü gicəltməklə həqirliyi qət etmişik,
Millət bundan razı deyil, təkliflərə yer yox hələ.
Varlı, hallı nazir bol-bol, nazirliyi quran çoxdu,
Nefti, qazı hazır gen-bol, tükənəni soran çoxdu,
Hasilatı uçur bol-bol, büdcəsini qapan çoxdu,
Alimləri yazır gen-bol, xeyri-bəhri seçən yoxdu,
İxtiranı verir bol-bol, qiymətini verən yoxdu,
Dərkimiz də dərin deyil, görməymizə çox var hələ.
Yuxarıdan ceyran tutsan hörmət-izzət olar sənə,
Düz deməkdən qaçaq düşsən kömək əlbət olar bəlkə,
Yarnmaqdan nağıl desən hüsnü-rəğbət olar yenə,
Talamaqdan var qazansan şöhrət qonaq gələr sənə,
Mühitimiz sağlam deyil, düzgünlüyə yer yox hələ.
Qanunlarda zərgərdirlər, qayğıkeşin zülüm soydaş.
Kürsülərdə əyləşiblər yeznə, qayın, qohum-qardaş,
Vəzifədə dəmləşiblər təzə qoyun, xanım sirdaş,
Cəm ölkədə birləşıblər Həmzə soyun, zalım dadaş,
Düz söz deyən azad deyil, ədalətə yer yox hələ.
Quliyev Elxan Sarı o.
avqust 2014-cü il