Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bayrağımıza qarşı sayğısızlıq diplomatik qalmaqaldır...”

 

Azərbaycan növbəti dəfə İranın bayraq təxribatı ilə üzləşib.
"Xeberinfo.com":  Belə ki, yunan-Roma güləşi üzrə milli komandamızın ilk dəfə İranda Dünya Kubokuna sahib olduğu gün bayraq qalmaqalı yaşanıb. 
Mükafatlandırma mərasimindən sonra himnimiz səsləndirilib və ilk üçlükdə yer tutan ölkələrin bayraqları qaldırılıb. Turnirdə birinci yeri qazanan ölkəmizin bayrağı isə təhrif edilmiş formada təqdim edilib. Səkkiz guşəli Azərbaycan bayrağı beş ulduzlu şəkildə göstərilib. 
Xatırladaq ki, bundan öncə də rəsmi görüşlərdə bayrağımızın bilərəkdən tərsinə asılması böyük səs-küyə səbəb olmuşdu. Azərbaycan XİN-i hələlik məsələyə rəsmi münasibət bildirməyib. Bazar günü olduğundan nazirlikdən bu barədə mövqe öyrənə bilmədik. Ancaq hakim partiyanın mövqeyindən belə anlaşılır ki, məsələ cavabsız qalmayacaq. 
“İranda bayrağımıza qarşı sayğısızlıq göstərilməsi diplomatik qalmaqaldı”. Bunu azvision.az-a açıqlamasında YAP-çı deputat, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Aydın Mirzəzadə bildirib. 
Onun fikrincə, İranda Azərbaycan bayrağına qarşı bu cür sayğısız münasibət bir neçə dəfə olub və buna İran cavab verməlidir: “İlk öncə onu deyim ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının ilk dəfə Dünya Kuboku qazanması özü böyük hadisədir. Çox güclü komandalar var idi və Azərbaycanın finalda Rusiya kimi güclü bir komandaya qalib gəlməsi tarixi bir hadisədir. Hesab edirəm ki, bu, son günlərin ən sevincli hadisələrindən biridir”. 
A.Mirzəzadə hesab edir ki, bayrağımıza qarşı sayğısızlıq diplomatik qalmaqaldır: “Yəni İran təşkilatçı ölkə kimi hər bir ölkənin simvollarını olduğu kimi yarışlarda təşkil etməyə məcburdur. Heç bir halda, heç bir milli komandanın bayrağı dəyişdirilə bilməz. Bu artıq həm beynəlxalq hüquq normalarına, həm də beynəlxalq idman qaydalarına zidd bir məsələdir. Belə bir hadisə baş verirsə, əlbəttə, Azərbaycana qarşı böyük bir hörmətsizlikdir. Azərbaycan bayrağı konstitusiya ilə qəbul edilib, Azərbaycanın beynəlxalq aləmdə rəsmi tanınan nişanlarından biridir. Onun hər hansısa bir formada dəyişdirilməsi və yaxud başqa bir formada hörmətsizlik edilməsi yolverlməzdir. Əgər belə bir şey olubsa, heç bir şübhəm yoxdur ki, Azərbaycanın dövlət orqanları bu məsələ ilə bağlı həm beynəlxalq idman təşkilatları, həm də İran qarşısında məsələ qaldıracaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam