Ukraynadan sonra növbə kimindir?
“Pribaltika ölkələrinin qorxudulması, Qazaxstana qarşı edilən təzyiqlər, Avropa Billiyi içərisində parçalanma yaratmaq istəyi ilə Yunanıstanla münasibətlərin möhkəmləndirilməsi və digər bu kimi hərəkətlər dünya nizamını dəyişdirilməyə can atan keçmiş KQB casusunun fəaliyyət istiqamətlərinə daxildir”.
"Xeberinfo.com": Məlumata görə, bu barədə “Bloomberg” agentliyinin yayımladığı “Putin mövcud dünya nizamını dəyişmək istəyirmi?” başlıqlı məqalədə məlumat verilir.
“AzPolitika.info”nun məlumatına görə, yazıda daha sonra bildirilir:“Soyuq müharibə zamanından fərqli olaraq, hazırda Rusiyanın əvvəlki kimi bütün dünya üzrə müttəfiqlər və satellitlər zənciri yoxdur. Onun iqtisadiyyatı İtaliyanın iqtisadiyyatından zəifdir .Ümumi Daxili Məhsula görə, adambaşına düşən gəlir isə Kipr respublikasından da aşağıdır.
Bütün bunlarla yanaşı sanksiyalar, ucuzlaşan neft və 1998-ci ilin defoltundan sonra rublun ən kəskin şəkildə düşməsi, ölkəni iqtisadi tənəzzülə tərəf sürükləyir. Lakin Putinin iqtisadi çətinlikləri öz xeyrinə tərəf çevirmək bacarığı amerikanların və avropalıların təəccübünə səbəb olub.
Hazırda Putinin populyarlıq reytinqi 85%-ə çatır.Rusiya prezidenti bütün ölkəyə səslənərək ,onların İkinci Dünya Müharibəsi zamanı nasistlərə qarşı necə dayandıqlarını yada salır və hamını öz əcdadlarından nümunə götürməyə çağırır. Putinin mübarizəsinin əsas məqsədi ABŞ-ın yeganə supergüc olduğu dünya nizamını pozmaqdır”.
Vahid cəbhə parçalanır
Məqalədə daha sonra qeyd edilir ki, Rusiya jurnalistlərinin ABŞ və Avropanın birlikdə hərəkət etdiyini tez-tez vurğulamaqlarına baxmayaraq, rəsmi Moskva Qərbin bu vahid cəbhəsini parçalamağa cəhd göstərir: “Anqela Merkelin və digər avropalı rəsmi nümayəndələrin Ukraynaya silah verilməsi barəsində Vaşinqtonun irəli sürdüyü təşəbbüsün önünü kəsmək istəyi, amerikanlar və avropalılar arasındakı fikir ayırıqlarını üzə çıxardı. Moskvanın enerji diplomatiyası bir neçə Avropa ölkəsini ( məsələn –Macarıstanı) sanksiyalar məsləsində Rusiyanı müdafiə etməyə məcbir edir. Kreml həmçinin Avropa Birliyinin Rusiyaya qarşı tətbiq olunan sanksiya siyasətinə etiraz edən yeni Yunanıstan höküməti ilə əlaqələrini genişləndirir.
Göründüyü kimi Avropa ölkələri arasındakı fikir ayrılıqları İran İslam Respublikasından fərqli olaraq Rusiyanın dünya ticarətindən məhrum edilməsi planını çox çətinləşdirəcək. Avropa Birliyinin sanksiyaları bütün 28 üzv ölkənin hamısının yekdil razılığı ilə qəbul edilir. Burada isə hər məsələdə həmfikir olmayan ölkələr var. Nümunə üçün deyə bilərik ki, Belçika Rusiyanın banklararası qlobal kommunikasiya sistemi SWİFT –dən uzaqlaşdırılmasının əleyhinədir və Avropa Birliyinin 12 fevral sammitində bütün bu fikir ayrılıqları ön plana çıxa bilər”.
Putin Pribaltika respublikalarını hədəf götürüb
Məqalədə Putinin Pribaltika respublikalarını hədəf götürdütyü də qeyd olunur: “Putin Pribaltika respublikalarına qarşı müharibəni qızışdırır . Həmçinin Latviya və Estoniyada yaşayan etnik ruslar arasında Kremlə rəğbəti olanları istənilən yolla təltif edir.
Pribaltlar Avropa Birliyi və NATO-nun üzvü kimi ən son anda ABŞ-ın nüvə arsenalına arxalanaraq,ö z təlükəsizliklərini lazımı təminat altına ala bilərlər. Rusiyanın ətrafında yerləşən ölkələrə qarşı Putinin güc yoluna əl atmaq siyasəti 2008-ci ildə Gürcüstanla aparılan müharibə ilə başladı. Hazırda Rusiya Gürcüstandan qoparılmış iki əraziyə nəzarət edir”.
Putin Qəzaxstanı da qarışdırmaq niyyətində olduğunu gizlətmir
“Bloomberg” in yazısında daha sonra Qəzaxstanın da Rusiyanın hədəfində oilduğu vurgulanır: “Əhalisinin dörddə birinirusdilli azlıqların təşkil etdiyi Qəzaxstanın da Rusiyanın potensial təcavüzünə qarşı zəifliyi var.Yetmiş dörd yaşlı Nursultan Nazrbayevin açıq aydın bilinən hər hansı məlum bir xələfi yoxdur.Əgər Nazarbayev hakimiyyəti tədricən öz xələfinə ötürmədən tutduğu postdan gedərsə, onda iqtisadiyyatdakı və siyasətdəki sabitlik ciddi şəkildə pozula bilər. Putinin hələ keçən ilin avqustunda Kremlin siyasətini müdafiə edən gənclərlə görüşü zamanı, ”Qazaxstan vətəndaşlarının böyük əksəriyyəti Rusiya ilə əlaqələrin inkişafını istəyir” ifadəsini işlətməsi qazaxları xeyli əsəbələşdirmişdi.
Obama adminstrasiyası iki düşərgəyə bölünüb
Putinin bundan sonrakı növbəti addımlarının nədən ibarət olacağı, həm Avropanı və həm də ki, Vaşinqtonu dərindən düşündürür. Adının çəkilməsini istəməyən ABŞ məmurlarından birinin sözlərinə görə, hazırda Obama adminstrasiyası iki düşərgəyə bölünüb. Pessimistlər bildirirlər ki, Putin bütün gücü ilə “Qərb təcavüzkarları” hesab etdiklərinə qarşı mübarizə aparmaq niyyətindədir.
Obamanın daxil olduğu ikinci qrup isə avropalılar kimi diplomatik təzyiqə üstünlük verir. Onlar Putinin öz ölkəsinə qarşı yönəllmiş Qərbin güclü iqtisadi təzyiqlərinə reaksiya verəcəyini və Şərqi Avropa da artan NATO qüvvələri qarşısında geri çəkiləcəyini gözləyirlər”.
Kimsə Putinin nə istədiyini bilirmi?
Yazının sonunda Putinin iştahının böyük olduğu bildirilir: “Merkel və Bayden Münhendə söhbət edən zaman şərqi Ukraynada qanlı döyüşlər davam edirdi. Rusiyapərəst separatçılar gözlənilən atəşkəs ərəfəsində daha çox müvvəfəqiyyət qazanmağa can atırlar. Bir çox ABŞ hərbçiləri və kəşfiyyatçıları belə hesab edir ki, Putin Krım ilə Rusiya arasında quru yolu ilə əlaqə saxlamaq üçün 500 min əhalisi olan Mariupul şəhərini ələ keçirmək məqsədi ilə oraya geniş masştablı hücum təşkil etdirə bilər.
Ümumiyyətlə isə analitiklər Putinin hansıasa starteji konsepsiyaya malik olmasından xəbərsizdirlər və onların əksəriyyəti düşünür ki, Rusiya prezideti sadəcə olaraq yaranmış imkanlardan istifadə edir.
Finlandiyanın prezidenti Sauli Niyniste bu məsələ ilə əlaqədar olaraq deyib: ”Kimsə Putinin nə istədiyini bilirmi? Kremlin Ukraynadakı başlıca məqsədi qeyri-stabillik törədərək, sonradan yarana biləcək fürsətlərdən istifadə etməkdir.
Baş verə biləcək ən mümkün pis ssenarini Litva prezidenti Dalya Qribauskayte söyləyib: ”Əgər indi Rusiya geri oturdulmazsa, onda bu Putinin ərazi iştahını artıracaq və Ukraynadan sonrakı növbə bizim olacaq”.
AzPolitika.info