Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN Qarabağa gedən müğənni ilə bağlı sərt açıqlama verdi

 

"Sentyabrın 2-də Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində təxribatçı məqsəd daşıyan konsert proqramının təşkil olunmasını qəti şəkildə qınayırıq. Bu konsert proqramı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı və qanlı etnik təmizləmə siyasətinin nəticəsi olaraq yaradılmış qondarma rejimin təşviqinə xidmət edir".

 

"Xeberinfo.com":   Məlumatata görə, bunu azvision.az-a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev ədalət və sülhdən danışan L.Kazornovkayaya xatırladıb ki, konsertin keçiriləcəyi Xankəndi şəhərindən bir neçə kilometr aralı məsafədə yerləşən Xocalı şəhərində Ermənistan və qondarma rejim tərəfindən 1992-ci ildə yerli azərbaycanlı əhaliyə qarşı bəşəriyyətin ən dəhşətli insanlıq əleyhinə cinayəti və soyqırım əməlləri törədilmişdir: 

"Özünü mədəniyyət xadimi adlandıran şəxslər heç olmasa bu faciənin qurbanı olmuş azyaşlı uşaq və qadınlardan utanmalı və vicdan əzabı çəkməlidirlər. Ermənistanın vandalizm siyasətinin nəticəsidir ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının zəngin maddi-mədəniyyət abidələri, o cümlədən dünyada məşhur olan Qarabağ musiqi irsi talan və məhv edilmişdir. Konsert proqramında iştirak edən digər əcnəbi vətəndaşların adları da müvafiq araşdırmadan sonra arzu olunmaz şəxslər siyahısına daxil ediləcəkdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam