Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

XİN-dən Xankəndində keçiriləcək konsertə münasibət

 

“Azərbaycana qarşı təcavüz və bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməsinə “Dağlıq Qarabağın müstəqilliyi” adı altında saxta don geyindirərək, konsert proqramının təşkil edilməsi Ermənistanın insanlıq əleyhinə cinayət və soyqırımı əməllərinə uğursuz bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil”

"Xeberinfo.com":   Məlumata görə, bu barədə APA-ya Azərbaycanın işğal olunmuş ərazilərində “Dağlıq Qarabağın müstəqilliyi” ilə əlaqədar keçirilməsi nəzərdə tutulan konsert proqramına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 
Onun sözlərinə görə, Cuzeppe Verdinin “Messa da Requiem”-ni konsert proqramına daxil edən təşkilatçılar bilmirlər ki, bu əsərin fəlsəfəsini əslində insan faciəsi və insanlığa qarşı pis əməllər törədənlərin sonluğu təşkil edir:
“1 sentyabr tarixində Xankəndində təşkil olunacaq Verdinin “Messa da Requiem”in premyerasını yalnız faşist Almaniyası tərəfindən 1943-1944-cü illərdə bu əsərin Terezin konsentrasiya düşərgəsində məhbuslar tərəfindən 16 dəfə məcburi ifası ilə müqayisə etmək olar. Lakin Terezin konsentrasiya düşərgəsindən fərqli olaraq, Xankəndində keçiriləcək konsertdə əsl incəsənət xadimi adına yaraşmayacaq formada ucuz qonorar arxasınca qaçan və maddiyyatı mənəvi-əxlaqi dəyərlərdən üstün tutan Lyubov Kazarnovskaya və adı hallanan Yana Safonova, Vişnia Radosav, Nikola Uliveri, digərləri ifaçı rolunda çıxış edəcəklər. Bu şəxslər təəssüf ki, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin təşviqində alətə çevrilirlər. Onların bu cür qanunsuz davranışları Azərbaycan ictimaiyyəti və beynəlxalq səviyyədə qınaq obyektidir. Ermənistanın tam nəzarətində olan qondarma rejimdə işçilər altı aydan artıq dövrdə cüzi məbləğli əmək haqlarını belə ala bilmədikləri və Ermənistanın özünü ciddi sosial-iqtisadi problemlər bürüdüyü halda, konsert proqramının təşkil edilməsi yalnız özünü və beynəlxalq ictimaiyyəti aldatmaqdır. Bu kimi təxribatçı əməlləri ilə Ermənistan bir daha nümayiş etdirir ki, sivil qaydada münaqişənin həlli və regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil”.
 
Qeyd edək ki, Xankəndində “Dağlıq Qarabağın müstəqilliyi”nə həsr olunmuş konsert proqramı təşkil olunacaq. Konsert proqramının layihə müəllifi rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayadır. Layihənin ideya müəllifi və himayədarı Ermənistanın birinci xanımı Rita Sarkisyandır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam