Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Poroşenko BMT sülhməramlılarını tələb edir

 

Milli Təhlükəsizlik Şurasının qərarı qüvvəyə mindi.
"Xeberinfo.com":  Məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) Ukraynada sülh və təhlükəsizliyə dəstək üçün beynəlxalq əməliyyata başlanılması barədə BMT və Aİ-yə müraciəti barədə qərarı qüvvəyə minib. Oxu.az xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin saytında dərc edilib.
“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Ukraynada sülh və təhlükəsizliyə dəstək üçün beynəlxalq əməliyyata başlanılması barədə Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqına müraciəti barədə” 2015-ci il 18 fevral tarixli qərarı qüvvəyə minir”, – fərmanın mətnində deyilir.
Təhlükəsizliyin qlobal təməlində duran BMT Nizamnaməsi (VI bölmə) mübahisələrin sülh yolu ilə həll edilməsini nəzərdə tutur və bu prinsiplər pozulduğu halda BMT Təhlükəsizlik Şurasına “sülhə dəstək” məqsədi ilə (VII bölmə) hərbi əməliyyatlar hüququ verilir.
BMT tarixi boyu 70-ə yaxın sülhməramlı əməliyyat keçirib (onlardan 15-i davam edir), o cümlədən də doqquzu Avropada (biri Gürcüstanda və səkkizi keçmiş Yuqoslaviyada, o cümlədən də Kosovada cari missiya).
Bundan başqa, BMT-nin Nizamnaməsi ayrı-ayrı ölkələrin və qruplaşmaların özünümüdafiə (maddə 15) haqqı var və mübahisələrin sülh yolu ilə həll edilməsi üçün (VIII bölmə) regionla strukturlar yaratmağa icazə verir. Bir sıra hallarda TŞ belə regional strukturları (maddə 53), məsələn, NATO-nun başçılığı altında Kosovada KFOR, və ya keçmiş Yuqoslaviyada və Afrikada bir sıra münaqişələrdə EUFOR qüvvələrinin istifadə olunduğu kimi, öz hərbi əməliyyatları üçün istifadə edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam